Kaya Kallas: Aİ nin müdafiə üzrə yol xəritəsi 9 istiqaməti əhatə edir
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqının (Aİ) sərhədlərinin antidron müdafiə sistemi 2027-ci ilin sonuna qədər tam hazır olmalıdır.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Komissiyasının kollegiyasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
İclasda Aİ-nin müdafiə hazırlığı üzrə yol xəritəsi təsdiqlənib.
K.Kallasın sözlərinə görə, Rusiya hazırda Aİ ölkələrinə hücum etmək imkanlarına malik deyil: "Lakin yaxın illərdə o, potensialını bərpa edə bilər, buna görə də "təhlükə hətta Ukraynada müharibə bitdikdən sonra belə aradan qalxmayacaq".
Aİ-nin üzv ölkələri tərəfindən hazırlanmış yol xəritəsi NATO-nun hədəflərinə uyğun olaraq müdafiə üzrə 9 əsas istiqaməti müəyyənləşdirir.
K.Kallas vurğulayıb ki, Aİ dövlətləri birlikdə hərəkət etməlidirlər, çünki "heç bir ölkə təkbaşına mübarizə aparmaq üçün kifayət qədər böyük deyil".
İlk birgə layihələrdən biri Niderland və Latviyanın rəhbərliyi altında "dronlar koalisiyası"nın formalaşdırılması olacaq.
"Dronlar artıq müharibənin xarakterini dəyişir. Onlardan müdafiə artıq seçim deyil, zərurətdir", - K.Kallas qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 16 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















