Icma.az
close
up
RU
Kayrat Sarıbay: Azərbaycanın legitim addımları sayəsində Asiyada münaqişələrin sayı azaldı AZƏRTAC

Kayrat Sarıbay: Azərbaycanın legitim addımları sayəsində Asiyada münaqişələrin sayı azaldı AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Astana, 20 dekabr, AZƏRTAC

Dekabrın 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) 2024-2026-cı illər üçün sədrlik Azərbaycana keçib.

AQEM-in Baş katibi Kayrat Sarıbay AZƏRTAC-a Azərbaycanın sədrlik çərçivəsində prioritetləri, strukturun inkişaf perspektivləri və regional əməkdaşlığın gücləndirilməsində etimad tədbirlərinin rolu barədə danışıb.

- AQEM-ə sədrlik etdiyi dövrdə Azərbaycan üçün hansı prioritetləri görürsünüz?

- Xarici işlər naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi, Azərbaycan Respublikasının AQEM-də sədrliyi “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanacaq.

İlk növbədə, AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini qeyd etmək lazımdır. Bu vəzifə Qazaxıstan sədrliyinin strateji prioriteti idi. Şadam ki, bu məsələ davamlılığı təmin edərək, Azərbaycan sədrliyinin əsas istiqamətlərindən biri olaraq qalır. Üzv dövlətlər artıq bəzi təməllər qoyublar: nazirlər keçən il yol transformasiya xəritəsini qəbul ediblər.

Bundan əlavə, Azərbaycanın sədrliyi prosesin daha da institusionallaşdırılmasına yönəlib. AQEM çərçivəsində AQEM-in Biznes və Gənclər Şuraları, AQEM-in Beyin Mərkəzləri Forumu, eləcə də yeni yaradılmış Aparıcı AQEM Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsi kimi daimi strukturlar artıq uğurla fəaliyyət göstərir.

- Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində tədbirlər proqramından hansı konkret təşəbbüslər və nəticələr gözləmək olar?

- Azərbaycanın sədrliyinin mühüm cəhəti AQEM-in digər beynəlxalq strukturlarla tərəfdaşlığa açıq olmasıdır, çünki təşkilat əməkdaşlıq üçün çoxsahəli platforma rolunu oynayır. Gələn il üçün Azərbaycan müxtəlif istiqamətlərdə, o cümlədən kibertəhlükəsizlik, ekologiya, mədəniyyət, iqtisadiyyat, eləcə də təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafı üzrə etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə dair 20-dən çox tədbirdən ibarət proqram təklif edib. Belə geniş və rəngarəng gündəm Azərbaycanın sədrliyinin məhsuldar dövr olacağını vəd edir.

- Asiya dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsində etimad tədbirləri hansı rol oynayır?

- Asiya ən çox əhalisi olan, mədəniyyətlərin, siyasi və iqtisadi sistemlərin müxtəlifliyi ilə xarakterizə olunan ən böyük qitədir. Məhz buna görə də Asiya dövlətləri arasında etimadın qurulması əsas prioritetdir. Bununla belə, qitədə həm aktiv, həm də dondurulmuş münaqişələr var.

Azərbaycanın qanuni, legitim hərəkətləri sayəsində Asiyada münaqişələrin sayı azalıb, respublika işğal olunmuş əraziləri azad edib.

Etimadın möhkəmləndirilməsi tamamilə üzv dövlətlərin əlindədir. Müsbət təcrübələri bölüşməyi özlərinə mənəvi borc hesab edən ölkələr konkret məsələlər üzrə dialoqa başlaya və ya digər dövlətlərdən kömək istəyə bilərlər. Bu cür etimad tədbirləri hər cür dəstəklənir.

Etimad tədbirlərinin həyata keçirilməsi təşkilatın çevikliyini vurğulayan könüllülük prinsipinə əsaslanır. Bütün qərarlar prosesin inklüzivliyini təmin etməklə, müstəsna olaraq konsensus əsasında qəbul edilir.

- Regional problemlərin həllində AQEM-in imkanları və məhdudiyyətləri nədən ibarətdir?

- AQEM bütün problemlərin həlli üçün universal alət olmasa da, münaqişə tərəfləri və ziddiyyətli dövlətlər arasında dialoqa şərait yarada bilər.

Azərbaycanın AQEM-də qarşıdan gələn ikiillik sədrliyi regionda təhlükəsizliyin və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək mühüm nailiyyətlər üçün potensiala malikdir. Sədrlik proqramı, hətta bir-birini tanımayan və ya diplomatik münasibətləri olmayan ölkələr tərəfindən də aktual problemlərin müzakirəsini nəzərdə tutur.

Geniş və əhatəli gündəm regionda əməkdaşlığın və sabitliyin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərin birgə müzakirəsi və həyata keçirilməsi üçün şərait yaradır.

- Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq təşkilatlara sədrliyi sahəsində hansı təcrübəsi var?

- Bu yaxınlarda Bakı qlobal tədbirin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkana çevrildi. Bu tədbirin təşkili Azərbaycan hökumətindən və xalqından böyük səylər tələb etdi və onlar uğurla bunun öhdəsindən gəldilər. Açılışda şəxsən iştirak etdim və COP29-un yüksək səviyyədə keçirilməsini təsdiqləyə bilərəm.

Azərbaycanın ən böyük beynəlxalq təşkilatlardan biri olan Qoşulmama Hərəkatına sədrlik sahəsində uğurlu təcrübəsi xüsusilə diqqətəlayiqdir. Bu dövrdə mühüm institusional islahatlar aparılıb, yeniliklər tətbiq edilib. Azərbaycanın sədrliyinin əlavə olaraq daha bir il uzadılması onun uğurlu diplomatiyasını sübut edir.

Əhəmiyyətli diplomatik və iqtisadi resurslara malik olan Azərbaycan AQEM çərçivəsində mühüm rol oynamağa qadirdir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri