Icma.az
close
up
RU
Qanda şəkərin azalması üçün nə içmək lazımdır? Alimlər bu çayı tövsiyə edir

Qanda şəkərin azalması üçün nə içmək lazımdır? Alimlər bu çayı tövsiyə edir

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Alimlərin sözlərinə görə, şəkərsiz nanə çayının, xüsusilə kofeinli və ya şəkərli içkilərin əvəzinə içilməsi qanda sağlam şəkər səviyyəsinin qorunmasına kömək edir. Bu içki orqanizmin maye balansını dəstəkləyir və yuxu keyfiyyətini yaxşılaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health” nəşri yazır.

Nanə çayı qanda şəkər səviyyəsinə təsir edirmi?

Nanə çayının qanda şəkər səviyyəsinə birbaşa təsir göstərdiyini söyləmək olmaz. Lakin bu içki şəkər səviyyəsini yüksəldən amillərin təsirini azaltmaq üçün istifadə edilə bilər. 

Nanə çayı kofeinli içkilərə alternativ ola bilər. Çünki kofein ona həssas olan insanlarda qanda şəkər səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

Yuxunun keyfiyyətsiz olması orqanizmin insulin istifadə etmə qabiliyyətini azalda və nəticədə qanda şəkər səviyyəsini yüksəldə bilər. Qəhvə və ya qara çaydan fərqli olaraq, nanə çayı axşam saatlarında içildikdə belə yuxuya mənfi təsir göstərmir.

Nanə çayının digər üstün cəhətlərindən biri də orqanizmin su balansını qorumasıdır. Susuzlaşma qanda şəkər səviyyəsinə təsir göstərə bilər. Nanə çayı bədəni nəmləndirir və özünü pis hiss etdikdə sakitləşdirici içki kimi faydalı ola bilər.

Nanə çayının faydaları

Nanə çayının istifadəsi aşağıdakı hallarda kömək göstərə bilər:

* ürəkbulanma zamanı;

* qaz və köp problemlerində;

* qarında şişkinlik olduqda;

* həzm pozğunluqlarında;

* yağların parçalanmasına kömək edən öd axınının stimullaşdırılmasında;

* menstrual sancılarda;

* qıcıqlanmış bağırsaq sindromunun simptomlarında.

Nanə yağı və nanə tərkibli xarici vasitələr də alın və ya gicgah nahiyəsinə tətbiq edildikdə baş ağrısının azalmasına kömək edə bilər.

Nanə çayının mümkün zərərləri

Həddindən artıq miqdarda nanə çayı içilməsi qastroezofageal reflüks xəstəliyi və mədə yanması kimi vəziyyətləri ağırlaşdıra bilər.

"Detoks çayları”ndan ehtiyatlı olun

Nanə tez-tez arıqlamağa kömək etdiyi iddia edilən "detoks çayları”nın tərkibinə daxil edilir. Bu cür çayların tərkibində həzm problemlərinə səbəb ola bilən işlədici maddələr, ürəyə təsir göstərə bilən stimulyatorlar və elektrolit balansının pozulmasına yol aça bilən sidikqovucular ola bilər.

Qanda şəkər səviyyəsini necə nəzarətdə saxlamaq olar?

Mütəxəssislər qidalanmada mürəkkəb karbohidratlara — tam taxıllı məhsullara, paxlalılara və liflə zəngin qidalara, həmçinin qoz-fındıq və toxumlar kimi "faydalı” yağlara, yağsız zülallara və bol tərəvəzə üstünlük verilməsini tövsiyə edirlər.

Tövsiyələr arasında həmçinin keyfiyyətli yuxu, kifayət qədər su qəbulu və müntəzəm fiziki aktivlik də yer alır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see241

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see171

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see166

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see160

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see158

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see156

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see149

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see149

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see147

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see141

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see140

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see138

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see137

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see136

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see133

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri