Icma.az
close
up
RU
Kələmi qoxusuz şəkildə necə bişirmək və ya qaynatmaq olar?

Kələmi qoxusuz şəkildə necə bişirmək və ya qaynatmaq olar?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kələm bişirilərkən tez bişirilməsi daha məqsədəuyğundur, çünki bu halda xoşagəlməz qoxuların yaranması azalır. Bu tərəvəzin bütün növləri tərkibindəki kükürdlü birləşmələr səbəbilə bişirmə zamanı qoxu yayır. Bişirmə müddəti uzandıqca bu birləşmələr daha çox ayrılır və nəticədə qoxu daha güclü olur. 
Demokrat.az
xəbər verir ki, “Tasting Table” saytı kələmin bişirilməsi zamanı və sonrasında qoxunu azaltmağın və ya tamamilə aradan qaldırmağın yollarını açıqlayıb.
Ən sadə üsullardan biri qaynama suyuna və ya bulyona limon şirəsi və ya sirkə əlavə etməkdir. Bu maddələr qoxunu neytrallaşdıran vasitə kimi tanınır. Turşu mühit kükürdlü birləşmələrin kimyəvi tərkibini dəyişərək onların təsirini azaldır.
Dəfnə yarpağı da qoxunun yayılmasının qarşısını almaqda effektiv vasitə sayılır. Bundan əlavə, mayeyə bir xörək qaşığı süd əlavə etmək də mümkündür.
Əgər inqrediyentləri birbaşa qazana əlavə etmək istəmirsinizsə, qoxunu udan alternativ üsullardan istifadə oluna bilər. Sirkə və ya limon şirəsinə batırılmış çörək parçası buxarı özünə çəkərək qoxunun yayılmasını azalda bilər. Eyni şəkildə yarım kartof da havadakı qoxuları udmaq qabiliyyətinə malikdir.
Bişirmə vaxtı nə qədər qısa olarsa, qoxu problemi də bir o qədər azalır. Buna görə uzunmüddətli bişirmə üsullarını daha sürətli variantlarla əvəz etmək tövsiyə olunur. Məsələn, qaynatma əvəzinə buxarda bişirmə daha məqsədəuyğundur və qida dəyərinin daha çox qorunmasına kömək edir. Doğranmış kələmin tavada qızardılması da daha az qoxu yayılmasına səbəb olan sürətli üsullardandır. Bu zaman istifadə olunan sarımsaq, soğan və ədviyyatlar da qoxunu balanslaşdırır və ya maskalayır.
Əgər kələmi qaynadılmış, buğda bişirilmiş və ya sobada hazırlanmış formada istifadə etmək istəyirsinizsə, qoxunun qarşısını almaq üçün sadə üsullardan yararlanmaq mümkündür. Məsələn, sitrus qabıqlarını qaynadaraq buxarın mətbəxə yayılmasını təmin etmək qoxunu azaldır. Bundan əlavə, alma, darçın, ulduz anis və rozmarin də yavaş odda bişirmə zamanı havanı daha xoş ətirli edir. Alternativ olaraq, vanil ekstraktı və distillə edilmiş su qarışığının havaya püskürdülməsi də qoxunun yumşaldılmasına kömək edə bilər.
Bu üsullar sayəsində kələm bişirərkən yaranan qoxunu minimuma endirmək və mətbəxdə daha rahat mühit yaratmaq mümkündür.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 İyun 2026 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri