Icma.az
close
up
RU
Keşbeklər azala bilər AÇIQLAMA

Keşbeklər azala bilər AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son dövrlərdə bank sektorunda baş verən dəyişikliklər diqqət mərkəzinə çevrilib. Xüsusilə, gəlirliliyin azalması və problemli kreditlərin artması bu sahədə yeni tendensiyalar formalaşdırır. Mövcud vəziyyət bankların fəaliyyət strategiyasına birbaşa təsir göstərir. Bu dəyişikliklər fonunda maliyyə institutları xərclərin optimallaşdırılmasına daha çox üstünlük verir. Nəticədə isə vətəndaşlara təqdim olunan müxtəlif kampaniya və güzəştlərdə azalma müşahidə olunur.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, banklar artıq gəlirlilik səviyyəsinin azaldığını və problemli kreditlərin həcminin artdığını müşahidə edir:
"Rəsmi statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. Bu səbəbdən banklar mümkün qədər xərclərini optimallaşdırmağa çalışır. Xərclərin azaldılması istiqamətində atılan addımlar çərçivəsində kəşbek kimi təşviq mexanizmləri də diqqət mərkəzinə düşür, çünki bu ödənişlər birbaşa bankın vəsaiti hesabına vətəndaşlara təqdim olunur".
Ekspert deyib ki, son dövrlərdə bankların keçirdiyi müxtəlif kampaniya və aksiyalarda azalma müşahidə edilir:
"Gəlirliliyin aşağı düşməsi fonunda bu cür təşviq tədbirlərinin əvvəlki intensivlikdə davam etdirilməsi banklar üçün daha çətin olur. Mövcud vəziyyət göstərir ki, bu tendensiya yaxın dövrdə də davam edə bilər. Çünki bank sektorunda gəlirlilik azaldıqca və problemli kreditlərin həcmi artdıqca, onların marketinq və təşviq xərclərini daha da məhdudlaşdırması qaçılmaz görünür. Bu isə öz növbəsində, vətəndaşlar üçün təqdim olunan güzəştli təkliflərin və aksiyaların sayına birbaşa təsir edir", - deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Aprel 2026 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri