Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Kiminsə başına silah dayayıb pulunu almışam?! ONLAYN QUMARBAZLARIN İŞİ

Kiminsə başına silah dayayıb pulunu almışam?! ONLAYN QUMARBAZLARIN İŞİ

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, təqsirləndirilən şəxslərdən Elmidar İsmayılzadə müdafiə vəkillərinin suallarını cavablandırıb.

O cavabında 100 faiz  balans dövriyyəsinin 40 faizinin uduşa, yerdə qalan faizin öz qazanclarına, işçilərin maaşına və xırda görünməyən xərclərə getdiyini bildirib:

"2023-cü ilin iyun ayından bu işə başlamışam. Mənim qanunsuz heç bir işim olmayıb. Son vaxtlar işlərim çoxaldığından qardaşımı müəyyən işlərim üçün yanıma gətirmişdim. Xaricə köçən pul balansın mayasıdır; pulu "Bitcoin"ə çevirib göndərirdim. Mən özümü ancaq Cinayət Məcəlləsinin 244-cü maddəsində təqsirli bilirəm; o da hamısında yox, müəyyən qismində. Mən bəyəm kiminsə başına silah dayayıb pulunu almışam ki?"

Təqsirləndirilən Eldəniz İsmayılzadə sahibkar olduğunu, 2017-ci ildən 300-400 min gəlirinin olduğunu bildirib:

"Mənim iş üçün kredit götürdüyüm 200 mini, ailəmin pay torpaqlarına kimi gətirib işin içinə tikiblər. İttiham aktında göstərilənlərdə özümü təqsirli bilmirəm. Mənim kazino işinə heç bir aidiyyatım olmayıb". 

Təqsirləndirilən Elvin İsmayılzadə sadəcə qardaşı Elmidar İsmayılzadənin göstərişlərini icra etdiyini deyib:

"Paul" adlı şəxslə ancaq Elmidar yazışırdı. 2024-cü ilin fevralından bu işə qoşulmuşam. Mənim bir-iki şəxslə, hansı ki şəxsən tanıyırdım, onlarla  müəyyən bağlantım olub. Aparatlarla isə heç bir əlaqəm olmayıb".

Məhkəmə prosesi dekabrın 12-nə təyin edilib. 

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş Mübarizə İdarəsi paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, “Instagram”da bu şəxslər tərəfindən “TT”, “Admiral”, “Bir-iki”, “Gold” və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb ediliblər. Nihat Vəliyev və Altay Əsgərli məsuliyyətdən yayınmaq məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələrdən istifadə ediblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan “Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.

Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti təşkil ediblər. Dəstə üzvlərindən aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub. Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyəsinin 10 milyon manatdan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, Nihat Vəliyev və Altay Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir. Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.

Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər – Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib.

Fərqanə Novruzova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see235

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see153

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see153

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri