Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Kirayə haqqı gecikdikdə müştəri mənzildən necə çıxarılmalıdır?

Kirayə haqqı gecikdikdə müştəri mənzildən necə çıxarılmalıdır?

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kirayə müqaviləsi həm kirayə verənin, həm də kirayəçənin hüquq və öhdəliklərini aydın şəkildə müəyyənləşdirən rəsmi bir sənəddir. Bu müqavilə tərəflərin arasında anlaşılmazlıqların yaranmasının qarşısını alır və hər iki tərəfə hüquqi təhlükəsizlik təmin edir. Eyni zamanda, kirayə müddəti, ödəmə şərtləri və digər vacib detalların dəqiq şəkildə qeyd olunması uzunmüddətli münasibətlərin qurulmasına kömək edir. Bu, həmçinin, tərəflərin gələcəkdə qarşılaşa biləcəyi problemləri əvvəlcədən həll etməyə imkan verir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev kirayə müqaviləsinin vacibliyindən bəhs edib. O bildirib ki, kirayə müqaviləsi olmadan evi kirayə vermək risklidir.

Nə üçün kirayə müqaviləsi vacibdir?

Ekspertin sözlərinə görə, müqavilənin olmaması həm kirayəçinin, həm də ev sahibinin hüquqlarını ciddi şəkildə poza bilər: “Məsələn, kirayə qiymətinin artması və ya ev sahibinin evi satışa çıxarması səbəbindən kirayəçidən evin boşaldılması halları çox vaxt baş verir. Belə vəziyyətlərdə kirayəçinin hüquqları pozulur. Eyni zamanda, ev sahibləri də öz əmlaklarının təmirinin zədələnməsi və ya qeyri-qanuni şəkildə çoxsaylı şəxslərin mənzildə qalması kimi problemlərlə üzləşə bilər. Kirayə müqaviləsinin notarial qaydada bağlanması tərəflərin hüquqi öhdəliklərini dəqiq müəyyənləşdirir. Müqaviləyə imza atmaqla hər iki tərəf müəyyən hüquqlarını və vəzifələrini qəbul edir. Əgər müqaviləyə əsasən tərəflərdən biri öhdəliklərini pozarsa, məsuliyyət daşıyır və hüquqi tədbirlər görülə bilər. Bu baxımdan, notarial qaydada bağlanan müqavilə hər iki tərəf üçün təhlükəsiz və məqbul bir hüquqi alət olur”.

Kirayə müqaviləsi hansı müddətlər üçün bağlana bilər?

E.Fərzəliyev deyib ki, kirayə müqavilələri müxtəlif müddətə, məsələn, 5 ay, 1 il və ya 10 il olaraq bağlana bilər. Müqavilədə qeyd olunmuş şərtlər daxilində, tərəflər razılıq əsasında və ya birtərəfli olaraq müqaviləni pozma hüququna malikdirlər: “Əgər kirayəçi müqavilə şərtlərini pozursa, məsələn, mənzildə zərər vurursa və ya qonşulardan şikayətlər gəlirsə, ev sahibi kirayəçini evdən çıxara bilər. Bu, yalnız müqavilədə qeyd olunan şərtlərə əsaslanaraq həyata keçirilə bilər”.

Kirayə haqqı gecikdikdə hansı hüquqi tədbirlər görülə bilər?

Ekspertin sözlərinə görə, kirayə haqqının gecikməsi zamanı ev sahibinin çox vaxt kirayəçinin ödənişi gözləməsi və güzəşt etməsi təbiidir. Lakin müqavilədə müəyyən edilmiş öhdəliklərə əsasən, kirayə haqqını ödəməyən kirayəçi ev sahibinə qarşı məsuliyyət daşıyır: “Azərbaycanda xırda səbəblərlə kirayəçinin evdən çıxarılması nadir hallarda baş verir. Lakin müqaviləyə əsasən, ev sahibi kirayəçini evdən çıxarma hüququna malikdir, xüsusən də kirayəçi ödənişini çox gecikdirsə və ya başqa öhdəlikləri pozursa”.

Xarici ölkələrdə əmlak kirayəsi ilə bağlı qaydalar necədir?

E.Fərzəliyev bildirib ki, xarici ölkələrdə əmlak kirayəsi ilə bağlı qanunlar daha sərtdir: “Belə ki, kirayə müqaviləsi ilə verilən əmlak üzərində kirayəçi bütün hüquqlara malikdir. Kirayəçi müqavilə əsasında ödədiyi məbləğ müqabilində, evin üzərində hüquqlarını qoruyur və ev sahibi heç bir şəkildə evə izinsiz daxil ola bilməz. Həmin mənzilə daxil olmaq yalnız qanuni əsaslarla mümkündür. Əgər ev sahibi evə müdaxilə edərsə, bu, kirayəçinin hüququnun pozulması sayılır”.

Müqavilə bağlayarkən nələrə diqqət edilməlidir?

Ekspert sonda qeyd edib ki, kirayəçilər və ev sahibləri müqavilə bağlarkən hər bir detalı diqqətlə nəzərdən keçirməlidir, çünki kiçik bir yanlışlıq belə gələcəkdə böyük problemlərə səbəb ola bilər. Müqavilədə bütün şərtlər dəqiq və aydın şəkildə qeyd olunmalıdır ki, tərəflər arasında hər hansı bir anlaşılmazlıq yaranmasın və hər iki tərəf öz hüquqlarını qorumaqda çətinlik çəkməsin. (e-huquq.az)

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Fevral 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri