KİV: “Rheinmetall”ın başçısı Rusiya xüsusi xidmət orqanlarına görə gücləndirilmiş mühafizə altına alınıb
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya müdafiə konserni “Rheinmetall”ın rəhbəri Armin Pappergerin mühafizəsi əhəmiyyətli dərəcədə gücləndirilib və o, hazırda öz təhlükəsizliyi üçün narahatlıqdan zirehli gödəkcə geyinir.
“Report” xəbər verir ki, bu barədə “Focus-online” xəbər portalı yazıb.
Məlumata görə, Papperger evdən çıxarkən qalstuk əvəzinə 5 kiloqrama qədər çəkisi olan zirehli gödəkcə geyinir. Bildirilib ki, silahlı mühafizəçilər onu iş görüşlərinə zirehli avtomobillə aparırlar. Hər bir ziyarətçi əvvəlcədən polis və Federal Konstitusiyanı Mühafizə İdarəsinin (əks-kəşfiyyat funksiyalarını yerinə yetirir) sorğusu əsasında yoxlanılır.
“Məni Almaniya kansleri kimi qoruyacaq və mühafizə edəcəklər”, – “Focus-online” Pappergerin mətbuat konfranslarının birində söylədiklərindən sitat gətirib.
Məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb Rusiya xüsusi xidmət orqanlarından gələn təhdid olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Fevral 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















