Icma.az
close
up
RU
Kiyevdə indi Putini niyə səbrsizliklə gözləyirlər: Rusiya lideri cəmisi iki qəliz variantdan birinə məcbur edilir

Kiyevdə indi Putini niyə səbrsizliklə gözləyirlər: Rusiya lideri cəmisi iki qəliz variantdan birinə məcbur edilir

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Rəsmi Kiyevin hazırda əsas strategiyası Qərbi daim “Rusiya təhlükəsi” və "Putin kabusu" ilə gərginlikdə saxlamaqdır... Ukrayna savaşı böyük ehtimalla yaxın vaxtlarda bitməyəcək, əksinə, daha dərin və çoxşaxəli müstəviyə keçəcək..

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı artıq diplomatiya, hərbi balans və qlobal qarşıdurmanı eyni vaxtda yeni bir mərhələdə ümumiləşdirməsilə diqqəti çəkir. Belə ki, Ukrayna-Rusiya müharibəsi artıq yalnız iki dövlət arasında hərbi qarşıdurma olmaqdan çıxıb, qlobal geopolitik müstəviyə transformasiya olunub. Və son günlər səsləndirilən əksər bəyanatlar buna əmin olmaq üçün kifayət qədər ciddi əsaslar verir.

Məsələ ondadır ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin ona Moskvada görüş təklifini rədd edib. Kreml isə Ukraynaya dəstək olan Qərb şirkətlərinin nə vaxtsa, Rusiyaya dönüş ehtimalını istisna edən xəbərdarlıq mesajı verib. Eyni zamanda, Ukrayna kəşfiyyatı Rusiyanın yaxın gələcəkdə Avropaya hücum ehtimalı barədə detallı açıqlama yayıb. Və bütün bunlar, eləcə də, ABŞ prezidenti Donald Trampın dünyanın gələcək taleyi ilə bağlı sensasion xarakter daşıyan iddiası beynəlxalq münasibətlər sistemində yeni gərginlik mərhələsini təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, hazırda baş verənlər Ukrayna böhranının diplomatiya meydanında da “simvolik savaş” törətdiyini göstərir. Belə ki, nə qədər qəribə də olsa, prezident Vladimir Putin rəsmi Kiyev və Kreml arasında "danışıqlar masası" qurmağı təklif edir. Ancaq Rusiya liderinin bu təklifi o qədər manipulyativ xarakter daşıyır ki, rəsmi Kiyev onu dərhal rədd etməyə üstünlük verdi.

Digər tərəfdən, rəsmi Kiyev Kremlin bu "təklif oyunu" qarşısında tərksilah vəziyyətinə düşməkdən yayınmağı da bacardı. Belə ki, prezident Volodimir Zelenski də Rusiya lideri Vladimir Putini Kiyevdə görüşə dəvət etdi. Prezident Volodimir Zelenskinin bu maraqlı cavab jesti yalnız diplomatik deyil, həm də siyasi simvolizm daşıyır. Yəni, rəsmi Kiyev Rusiya prezidenti Vladimir Putini işğalçı dövlətin lideri statusunda qəbul etdiyinə dolayısı eyham vurur. Bu, həm Ukrayna cəmiyyətinə, həm də Qərbə ünvanlanan açıq mesajdır. Və rəsmi Kiyev bununla həm də kapitulyasiya danışıqlarına hazır olmadığını birmənalı şəkildə qabartmış olur.

Halbuki, mövcud hərbi-siyasi situasiya nəticə etibarilə, dəyişməz olaraq, qalır. Yəni, münaqişə tərəflərinin kompromisdən yayınma cəhdləri real diplomatiyanın başlanma ehtimalını daha da uzaqlaşdırır. Çünki Ukrayna hərbi kəşfiyyatının iddiasına görə, bu ölkənin ərazisində Rusiya ordusunun ümumi sayı təqribən 700 min nəfərə çatdıb. Və bu rəqəm Ukrayna savaşının miqyasını açıq şəkildə göstərir.

Məsələ ondadır ki, Rusiya sadəcə, lokal əməliyyat aparmaqla, kifayətlənmir. Yəni, Kreml hazırda Ukraynaya qarşı uzunmüddətli işğal strategiyası həyata keçirir. Ukrayna kəşfiyyatı bu önəmli kəşfiyyat məlumatını açıqlamaqla, əslində, həm də Avropa Birliyi və ABŞ-a da birbaşa mesaj verir. Və Qərbdəki müttəfiqlərinə növbəti dəfə dolayısıyla anlatmağa çalışır ki, Rusiya ilə müharibənin miqyası Ukraynanın öz hərbi gücü ilə tarazlaşdıra biləcəyi çərçivəni çoxdan aşıb.

Üstəlik, Kreml Qərbin "biznes damarı"na basaraq, Ukraynaya maliyyə dəstəyinin mümkün qədər məhdudlaşdırılmasına da cəhd göstərir. Hər halda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Ukrayna ordusunu maliyyələşdirən xarici şirkətlər Rusiyaya qayıda bilməyəcək” açıqlaması bu müharibənin tədricən daha çox iqtisadi müstəviyə daşınmaqda olduğunu biruzə verir. Və bu xəbərdarlıq Kremlin Qərb korporasiyalarına qarşı daha sərt addımlar atmağa artıq hazır olduğunu göstərən siqnal da sayıla bilər.

Beləliklə, göründüyü kimi, Ukrayna savaşı artıq yalnız tanklar və raketlərlə deyil, həm də kapital axınları və bazar strukturları üzərindən də aparılır. Rusiya Avropa Birliyinin iqtisadi dayaqlarını zəiflətməyə çalışarkən, Qərb şirkətləri də Ukraynanın hərbi gücünü dolayı yolla dəstəkləməklə, tərəflərin düşmənlik səviyyəsini artırır. Və bu, o deməkdir ki, Ukrayna savaşı artıq həm hərbi, həm də maliyyə-iqtisadi alətlərin paralel istifadə olunduğu müharibə modelinə çevrilib.

Digər tərəfdən, Avropa məkanında “Putin kabusu”na bağlı dərin xofun yaşandığı da inkaredilməz reallıqdır. Üstəlik, Ukraynanın kəşfiyyat rəhbəri Kirill Budanovun Rusiyanın Avropaya hücum ehtimalı barədə açıqlaması isə "qoca qitə"də təhlükəsizlik əndişəsini yenidən gündəmə gətirməklə yanaşı, daha da gücləndirib. Çünki kəşfiyyat məlumatlarına əsaslanan Kiril Budanovun iddiasına görə, Rusiya yalnız Ukraynanı deyil, əslində, bütövlükdə Avropa qitəsini hədəfə alıb.

Maraqlıdır ki, əslində, yaxın perspektivdə Rusiyanın NATO üzvü olan Avropa dövlətlərinə birbaşa hərbi hücumu o qədər də inandırıcı hesab olunmur. Ancaq Rusiyanin müxtəlif asimmetrik vasitələrlə – enerji böhranı, kiberhücumlar, siyasi təsir əməliyyatları ilə Avropa dövlətlərini daim qeyri-sabitlik vəziyyətində saxlaya biləcəyi də qətiyyən istisna edilmir. Bununla belə, rəsmi Kiyev belə açıqlamalarla, NATO üzvü olan Avropa dövlətlərini “daha aktiv və radikal dəstəyə” hazır saxlamağa çalışır.

Ancaq ABŞ prezidenti Donald Tramp ikibaşlı məzmun daşıyan “qlobal tarazlıq” barədə iddiaları ilə həm Avropa Birliyinə, Rusiyaya müəyyən mesajlar verməyə cəhd göstərir. Belə ki, Ağ Ev sahibi “ABŞ olmasa, dünya məhv olardı” açıqlaması yalnız daxili deyil, həm də qlobal məkana birbaşa xəbərdarlıq mesajıdır. Prezident Donald Tramp bununla ABŞ-ın beynəlxalq sistemdə hələ də hegemon mövqedə olduğunu göstərmək cəhd edir. Qərbdə güclənən Rusiya xofunu nəzərə aldıqda isə bu mesajı "ABŞ-ın dəstəyi olmadan nə Ukrayna davam gətirə, nə də Avropa dövlətləri öz təhlükəsizliyini təmin edə bilər" kimi də anlamaq olar.

Göründüyü kimi, Ukrayna savaşı artıq yalnız regional deyil, həm də qlobal xarakter daşıyır. Siyasi-iplomatik müstəvidə kompromis yoxdur, hərbi müstəvidə Rusiyanın uzunmüddətli işğal siyasəti açıq müstəviyə keçib. Maliyyə-iqtisadi müstəvidə isə qarşılıqlı sanksiya və məhdudiyyətlər korporativ mühiti döyüş meydanına çevirir. Və bu baxımdan, rəsmi Kiyevin hazırda əsas strategiyası Qərbi daim “Rusiya təhlükəsi” və "Putin kabusu" ilə məşğul edərək, gərginlikdə saxlamaqdır.

Bütün bunlar onu göstərir ki, Ukrayna savaşı yaxın vaxtlarda bitməyəcək, əksinə daha dərin və çoxşaxəli müstəviyə keçəcək. Ona görə də, prezident Volodimir Zelenski əslində, Rusiya lideri Vladimir Putinin metodları ilə oynamağa çalışır. Ukrayna lideri Moskva dəvətinə cavab olaraq, prezident Vladimir Putini dərhal Kiyevə çağırdı. Belə təsəvvür yaratmağa çalışdı ki, guya Kiyevdə prezident Vladimir Putini böyük səbirsizliklə gözləyirlər.

Əslində, Ukrayna savaşını başlayarkən, Kiyevə can atan prezident Vladimir Putinin qarşısında indi cəmisi iki seçim variantı qalmış kimi görünür. Yəni, o, indi ya savaşdan yorulmuş Rusiyanın gələcək taleyini xilas etmək üçün bu təklifi qəbul etməlidir. Ya da Ukraynanı tam işğal edərək, Kiyevə "qələbə paradı" keçirmək üçün səfər etməyin mümkün olub-olmadığı barədə düşünməlidir. Və üçüncü variant Kreml üçün Rusiya imperiyasının birdəfəlik çöküşünü vəd edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Sentyabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see245

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see172

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see125

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see122

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see120

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri