Icma.az
close
up
RU
Klaster baş ağrısı

Klaster baş ağrısı

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Klaster (ingilis sözü olub “cluster” – “dəstə”sözündəndir) baş ağrıları – yalnız kişilərin “imtiyazıdır” və buna görə də onu bəzən “kişi miqreni” də adlandırırlar.

Klaster baş ağrıları, adətən, 20-30 yaşında olan kişilərdə baş verir. 60-65 yaşlarında isə, adətən,  keçib gedərək, bir daha təkrarlanmayır. Mütəxəssislər hesab edirlər ki, klaster baş ağrılarından işləyən kişilərin böyük əksəriyyəti əziyyət çəkir.

Klaster baş ağrılarının səbəbi sona qədər aydınlaşdırılmamışdır. Ancaq məlumdur ki, belə baş ağrıları streslə, siqaret çəkilməsi, qaydasız şəkildə qida qəbul edilməsi, yuxusuzluqla bilavasitə əlaqəlidir. Klaster baş ağrısı tutmaları istilik, soyuq, iqlim dəyişikliyi, kifayət qədər yatmamaq, sublinqval (dilin altına qoyulmaqla) şəkildə nitroqliserin qəbul edilməsi və s. səbəblər nəticəsində də baş verə bilər.

Klaster tipli baş ağrıları əksər hallarda gecə saatlarında başlayır. Ağrılar hədsiz dərəcədə güclü, üzücü, sanki deşici, yandırıcı, pulsasiyaedici olması ilə xarakterizə olunaraq başın və sifətin bir yarısına iztirab verir. Bir çox hallarda ağrı göz, qaşüstü, gicgah, alın və təpənin bir hissəsini əhatə edərək, bəzi hallarda qulağa və aşağı çənəyə də yayılır. Bu zaman göz yaşarır və qızarır, yuxarı göz qapağı bir qədər aşağı enir, dəri xırda tər damcıları ilə örtülür, burun yolu tutulur.

Bu halda, ağrılar davam etmə müddətinə görə nisbətən qısa olsalar da, ağrı bir neçə gün və ya həftə ərzində müəyyən fasilələrlə müntəzəm olaraq təkrar olunur. Ağrı iztirabı 30 dəqiqədən 2 saata qədər davam edərək, gün ərzində 2-3 dəfə təkrar oluna bilər. Sonra ağrılar tam şəkildə yox olaraq, 6 aydan 2-3 ilədək olan müddət ərzində xəstəni narahat etməyə bilərlər.

Klaster baş ağrısı insult və ya damarlarda olan digər fəsadların baş verməsi ilə təhlükəli deyil. Ancaq bu ağrılar insana xeyli dərəcədə əzab-əziyyət verir. Ona görə də bu ağrılara düçar olanlar hər vasitə ilə onları provakasiya edən faktorların təsirindən özlərini qorumalıdırlar.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri