Klub Premyer Liqadakı mövqeyinə görə futbolçu transfer edə bilmir
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Vest Hem" klubu qış transfer pəncərəsində yeni futbolçuları heyətinə qatmaqda ciddi çətinliklərlə üzləşib.
QOL.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, klubun Premyer Liqadakı mövqeyi transfer danışıqlarına mənfi təsir göstərib. Belə ki, “Vest Hem” futbolçularının müqavilələrində komanda Çempionşipə düşəcəyi təqdirdə maaşların 50 faiz azaldılmasını nəzərdə tutan maddə yer alır.
Məlumata görə, bu maddə hər zaman futbolçuların müqavilələrinə daxil edilib. Lakin hazırkı durumda “Vest Hem”in turnir cədvəlinin aşağı pillələrində yer alması fonunda bu şərt qış transfer pəncərəsində yeni oyunçuların cəlb olunmasını xeyli çətinləşdirib.
Xatırladaq ki, "Vest Hem" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. London təmsilçisi 17-ci yerdən 7 xal geri qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 14 Yanvar 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















