Kreml Medvedevi Dumaya göndərir Şovinistlər arasında reytinqi artıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və "Vahid Rusiya"nın lideri Dmitri Medvedev 2026-cı il Dövlət Duması seçkilərində hakim partiyanın siyahısına rəhbərlik edə bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələr "Vedomosti"yə məlumat veriblər.
Onların sözlərinə görə, xüsusilə millətçi, şovinsit rusların Medvedevə etimad reytinqi hazırda əvvəlki seçkilərin keçirildiyi 2021-ci illə müqayisədə daha yüksəkdir. Kremlə yaxın “VTsIOM” sorğu mərkəzinə görə, onun reytinq o vaxt 18% idi, hazırda isə 42,5%-dir.
Medvedev rusların vacib hesab etdiyi miqrasiya və təhlükəsizlik məsələlərinə diqqət yetirir. "İfrat sağçı seçicilər onun sosial media paylaşımlarını bəyənirlər", - "Vedomosti" mənbəyə istinadla yazıb. Onlar Medvedevi “vətənpərvərlik hissinin təmsilçisi” hesab edirlər.
Onun Duma seçkisində iştirakı üçün hazırda bir neçə variant müzakirə olunur: Medvedev federal siyahıya təkbaşına rəhbərlik edə və ya beş namizəddən birincisi ola bilər. Medvedevin federal siyahıya rəhbərlik edəcəyi təqdirdə deputat mandatını qəbul edib-etməyəcəyi bəlli deyil.
“Hələlik yekun qərar verilməyib. Putinin fikri nəzərə alınmaqla aprel və ya may aylarına qədər qərar veriləcək”, - deyə mənbə bildirib.
Medvedev 2012-ci ilin may ayında Vladimir Putinlə anlaşmanın bir hissəsi olaraq “Vahid Rusiya” partiyasının sədri seçilib və faktiki olaraq prezidentlikdən imtina edib. Ardınca Baş nazir vəzifəsini qəbul edib. Sonra isə bu vəzifədən də atılıb.
9-cu çağırış Dövlət Dumasına seçkilər 18-20 sentyabr 2026-cı il tarixlərində keçiriləcək. 450 deputat seçiləcək. Rusiya Mərkəzi Seçki Komissiyası seçkidə ümumilikdə 12 partiyanın iştirak etmək hüququna malik olduğunu bildirir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 Yanvar 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















