KOBların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiya İnkişaf Bankı (AİB) arasında Azərbaycanda KOB-ların yaşıl keçidi və yaşıl inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AİB-in Azərbaycanda Rezident Missiyasının rəhbəri Sunniya Durrani-Camal imzalayıblar.
Memorandumda AİB tərəfindən KOBİA-nın irəli sürdüyü "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası Bəyannaməsi"nə dəstək ifadə edilməklə, bəyannamədə öz əksini tapmış məsələlər, o cümlədən KOB-ların yaşıl keçidinə yönəlmiş fəaliyyətin birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə memorandumda KOB-ların yaşıl təşəbbüslərinin reallaşdırılmasına, bu sahədə bacarıqlarının artırılmasına və yaşıl maliyyəyə çıxışına birgə dəstəyin göstərilməsi, KOB-ların yaşıl keçidinə dəstək üçün normativ bazanın təhlili istiqamətində tədbirlərin görülməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb.
Tərəflər arasında keçirilmiş görüşdə KOB-ların yaşıl keçidi, KOBİA və AİB arasında KOB sahəsində əməkdaşlıq imkanları, eləcə də memorandumdan irəli gələn məsələlər müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















