Icma.az
close
up
RU
Köhlən atlar Balkan yoxuşunda Uğurlu yol xəritəsi cızan Qarabağ ın III mərhələ sınağı

Köhlən atlar Balkan yoxuşunda Uğurlu yol xəritəsi cızan Qarabağ ın III mərhələ sınağı

Milli.az saytına istinadən Icma.az xəbər verir.

İrlandiyada işıqlar sönəndə, "Qarabağ" artıq III təsnifat mərhələsinə gedən yolun xəritəsini cızmışdı.

"Şelburn"un dar meydanlarında toplu şəkildə müdafiə olunan 11 nəfərlik dəmir divarı sükuta qərq edən ağdamlılar, indi fərqli bir məkana Balkan futbolunun əzələ yığmış, siyasi və futbol kimliyini təzəcə oturtmağa çalışan "Şkendiya"ya qarşı səfərə çıxır.

Qarabağ - ustadlıq dövrü, yoxsa təkamülün hüdudları?

Qurban Qurbanovun komandası artıq illərdir ki, Avropa səhnəsində təkcə Azərbaycanı deyil, həm də "kiçik liqalar" fəlsəfəsini təmsil edir. Taktiki intizamı, topa sahib olma mədəniyyəti və oyun fəlsəfəsi baxımından "Qarabağ" bu mərhələdəki rəqiblərinə nisbətən bir pillə yuxarıda dayanır. Amma bu üstünlük, "Şkendiya" kimi Balkan temperamentini daşıyan komandalar qarşısında həmişə qızıl açar olmur.

"Şkendiya" - Siyasi köklər, futbol ambisiyası

"Şkendiya" sadəcə bir futbol komandası deyil o, etnik Albaniyanın futbol simvollarından biridir. Klubun adı, rəngləri və tribunalarının ruhu bu komandanı sıradan bir Şimali Makedoniya təmsilçisindən ayırır. Bu komandaya qarşı oynamaq, bəzən sadəcə futboldan daha çox şey deməkdir. Dil, milli kimlik və inadcıl Balkan ruhu.

FCSB üzərindəki ardıcıl iki qələbə, "Şkendiya"nın futbol baxımından da ciddi bir sistem formalaşdırdığını göstərir. Qapalı müdafiə, arxadan oyun qurmaq yerinə sürətli keçid hücumları və qol öncəsi ani partlayışlar. Bunlar "Qarabağ"ı ehtiyatlı olmağa vadar etməlidir.

Taktiki güc müqayisəsi - "sahə genişliyi" və yaxud "mərkəz yığcamlığı"
"Qarabağ"ın əsas gücü sahəni genişlədərək rəqibin müdafiəsini yatırtmaq və cinah oyunçularının kəsici ötürmələri ilə qol imkanları yaratmaqdır. Amma "Şkendiya" orta xəttə yığcam dayanan və rəqibin pas ritmini pozan oyun sisteminə sahibdir.

Sual budur: "Qarabağ" "pas tempini" saxlaya biləcəkmi?

"Şkendiya" rəqibi yormaq və səbrsizlik yaratmaq üçün təzyiqsiz bloklarda mövqe oyunu aparacaq. Bu da, "Qarabağı"n "vurnuxma anı"nı gözləyən rəqib qarşısında səhv etmə ehtimalını artırır.

Mental mübarizə: təcrübə sınaqla toqquşur

Bu mərhələdə "Qarabağ"ın üstünlüyü Avropa təcrübəsi və psixoloji hazırlığıdır. "Roma", "Atletiko", "Freiburg" kimi klublarla eyni meydanı bölüşmək, istər-istəməz "Şkendiya" kimi rəqibləri daha real kontekstdə dəyərləndirməyə imkan verir.

Amma diqqət: Balkan futbolu həmişə təəccübləndirməyi bacarıb. Futbolda ruh və sadiqlik, taktika qədər mühümdür. "Şkendiya"nın azarkeşləri üçün bu oyun sadəcə mərhələ yox, siyasi-simvolik mənalar daşıyacaq.

Usta ilə döyüşçü qarşılaşır

Bu qarşılaşma bir "güc qarşıdurması" deyil. Bu, usta ilə döyüşçünün duelidir. "Qarabağ" ustalığını və sistemini ortaya qoyacaqsa, mərhələ onun olacaq. Amma "Şkendiya"nın ruhani döyüşçü kimliyi hər səhvi cəzalandıra biləcək qədər aqressiv və inadcıl görünür.

"Futbol hissdir" və "Qarabağ" bu mərhələdə hisslərini qorumağı bacarsa, növbəti mərhələnin qapısı onun üçün açıqdır.

Xəyal Abdullayev,
Milli.Az redaktoru, futbol təhlilçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri