Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Köhnə kişilər bilir... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Köhnə kişilər bilir... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elçin Rüstəmli, jurnalist:

- Hindlilər bizdən bərk inciyiblər.

"Reuters" agentliyi: "Hindistan və Pakistan arasında son münaqişə nəticəsində Hindistandan Türkiyə və Azərbaycana olan turizm tətilləri ləğv edilib. İki müttəfiq ölkənin Pakistanı dəstəkləməsi, Hindistanda populyar turizm məkanları olan Türkiyə və Azərbaycana olan marağı azaldıb.

"MakeMyTrip" şirkətinin sözçüsü bildirib ki, son bir həftə ərzində Azərbaycan və Türkiyəyə olan rezervasiyalar 60 faiz azalıb, ləğv edilmələr isə 250 faiz artıb.

"EaseMyTrip" platformasının baş icraçı direktoru Rikant Pittie də bildirib ki, Türkiyə və Azərbaycana olan rezervasiyaların ləğvi 22 və 30 faiz artıb, bu da son geopolitik gərginliklərdən qaynaqlanır.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycana gələn turistlərin sayına görə Hindistan Rusiyadan sonra ikinci olub.

Fərid Pərdəşünas, texnobloger:

- Azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyada çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilib. Xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.

Mənə izləyicilərim tərəfindən yazılan bəzi informasiyalara görə, Azərbaycanda da belə blogerlər var. Xüsusilə vasitəçi şirkətlərin dəstəyi ilə xarici brend məhsulları həddən artıq yüksək qiymətə reklam edərək, pulun leqallaşdırılmasında iştirak edirlər. Bununla bağlı məndə sübutlar olmasa da, bu formada mesajlar alıram. İddiaçıların dediyinə görə, bu səbəbdən də qəflətən blogerlərin lüks həyat tərzləri sosial mediada göz qamaşdırmağa başlayır.

Təklif edirəm ki, aidiyyəti dövlət qurumu bu fəaliyyət növünü dəqiq kodlar altında birləşdirib, içi mən qarışıq hamını audit etsin. Düşünürəm ki, əgər bazarda belə hallar varsa, hər qəpiyinin vergisini verən mənim kimi yaradıcı məzmun istehsalçılarına qarşı haqsızlıq yaranmış olar.

lll

- Azərbaycanda hər dəfə boşanma statistikaları açıqlananda, acınacaqlı rəqəmlər ortaya çıxır. Artıq rahatlıqla demək olar ki, ölkəmizdə qurulan hər 2 ailədən 1-i dağılır.

Ətrafımda, yaxınımda illərlə birlikdə dostluq etdiyim, görüşdüyüm, gedib-gəldiyim cütlüklər var ki, son illərdə hər birinin ayrılıq xəbərini almışam. Açığı, dost çevrəmdən belə xəbərlər eşidəndə çox üzülürəm.

Təbii ki, boşanma dünyanın sonu deyil. Bir tərəfdən baxanda bunu sivil seçimin inkişafı kimi dəyərləndirmək olar. Amma əgər bu seçim inkişafıdırsa, niyə elə evlənəndə doğru seçim etməyiblər? Buna nə səbəb olub?

Çünki boşanan ailələrin demək olar əksəriyyəti köhnələr yox, son illərdə ailə quranlardır. Bunun sosio-psixoloji tərəfi necə açıqlana bilər? Nə baş verib?

Psixoloq və sosioloqlar belə məsələləri araşdırsalar, yaxşı olar. Yoxsa çıxıb "qadına nə olar, kişiyə nə olmaz"dan danışırlar.

Rövşən Məmmədov, AzTV-nin sədri:

- Azərbaycan Televiziyasında 56 ildir yayımlanan "Şahmat klubu" proqramı dünya efirində ən uzunömürlü idman verilişi kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Bununla əlaqədar "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də təşkil olunan tədbirdə proqramın aparıcısı, Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənova Ginnesin rəsmi nümayəndəsi tərəfindən xüsusi mükafat təqdim olunub. Gənclər və idman naziri Fərid Qayıbov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov verilişin ölkədə şahmatın inkişafında olan rolu barədə öz fikirlərini bildirərək bu sahənin gənclər arasında təbliğ edilməsinin vacibliyindən danışıblar.

İlham Əzizov, yazıçı:

- Köhnə kişilər bilir, qabaqlar Azərbaycanda qadınlar cinayət edəndə, cinayəti kişilər boynuna götürərdi. Bunu hüquq-mühafizə orqanları da bilərdi, amma etiraz etməzdi. Dəyərlər qanunu üstələyərdi. Və yaxud, o da alınmayanda bir nüans tapıb qadını türməyə salmazdılar. Hər şey alt-üst oldu, izzətimiz əldən getdi. Bu gün baxıram, yazıq, savadsız, məəttəl bir qadın tutulub, düz-əməlli ağzının danışığını da bilmir, çarəsizdi, nə gəldi danışır. Yekə-yekə kişilər də paylaşıb araya qoyurlar, sevinirlər, atdanıb-düşürlər. Elə bil, o yazıq, savadsız, çarəsiz qadın türmədə çox otursa, bunun ağlı artacaq, kişi olub, ortalığa çıxacaq...

Mütrüflər...

Şəhriyar Del Gerani, şair:

- Neçə vaxtdır "Budilnik"in dilimizə adekvat və uğurlu alternativini axtarıram. Yazıçı İlham Əzizlə müzakirə edirdik indicə, belə qərara gəldik ki, bu söz "Oyandur" ola bilər. Feil mahiyyətli bu isim kifayətcə uğurlu göründü bizə. Bəs sizə?

Elşən Əzim, filoloq:

- Son dövrlər Elşad Miri çox müzakirə olunur. Məncə, Elşad bəy dövrümüzün Seyid Əzim Şirvanisidir. Seyid Əzim də yüksək dini təhsil almışdı və illərdir din adı ilə xalqa sırınan cəfəng nağılların puç, əfsanə olduğunu görürdü, ona görə də mövzuya yanaşmada  tənqidi-realist düşüncə sərgiləyirdi. Fəqət, xalqın gözünün açılmasını istəməyən dindarlar onu daşa basırdılar. Ölümü də bu səbəbdən oldu.

Elşad Miri də dinə real yanaşır, təhlilləri ilə nağıl sevdalılarını peşman edir. Nağıllar maraqlı və asan olduğu üçün insanları daha çox cəlb edir.

Real təhlillər, məsələyə orijinal baxış hər zaman hiddətlə qarşılanır.

Qulu Məhərrəmli, professor:

- Türkiyə üçün qlobal təhlükə sovuşurmu?

Neçə illər əvvəl Azərbaycan, Gürcüstan və Ermənistan jurnalistləri Süleyman Dəmirəllə görüşdə idik. Ona sual verildi ki, niyə bu PKK-nın axırına çıxa bilmirsiz? Onun cavabı heç yadımdan çıxmır.

S.Dəmirəl: "PKK-nın ipi əlimizdədir, onu qısa vaxtda və tamamilə məhv edə bilərik. Amma ehtiyatlanırıq ki, Türkiyənin qlobal düşmənləri bizə PKK-dan daha qorxulu bir təhlükə yaratsınlar".

Bütün hallarda PKK-nın təşkilat kimi ləğvi və silahı yerə qoyması (amma onun uzantıları Suriya və İraqda qalır) tarixi hadisədir. Amma qardaş ölkə xüsusən indiki şəraitdə öz sayıqlığını itirməməlidir.

İbrahim Nəbioğlu, jurnalist:

- PKK-nın yarım əsrlik qanlı terror tarixi

27.11.1978 - Diyarbakırın Fis kəndində quruldu;

15.08.1984 - Siirt və Hakkaridə ilk terror aktı;

16.02.1999 - Abdullah Öcalan Keniyada ələ keçirilərək Türkiyəyə gətirildi;

29.06.1999 - Öcalan 30 min insanın ölümü, separatçılıq və Vətənə xəyanət ittihamı ilə məhkəmə tərəfindən yekdilliklə edam cəzasına məhkum edildi;

03.08.2002 - Türkiyədə Avropa İttifaqının uyğunlaşdırma qanunları çərçivəsində ölüm hökmü ləğv olundu və Öcalan ömürlük həbs cəzasına məhkum edildi;

22.10.2024 - Devlet Bahçeli verdiyi açıqlamada "Terrorçu liderin təcrid olunması aradan qaldırılsa, gəlib Məclisdə çıxış edərək terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini hayqırmalıdır" dedi;

5-7.05.2025 - PKK-nın qurultayında terror təşkilatı özü-özünü ləğv etdiyi bəyan edildi.

- 47 illik tarixi ərzində PKK Türkiyəyə böyük humanitar və iqtisadi ziyan vurdu;

- Terror aksiyalarında 15-35 min insan həyatını itirdi;

- PKK-nın vurduğu iqtisadi zərər 250-300 milyard dollar arasında olduğu təxmin edilir.

PKK terrorunun tüğyan etdiyi illərdə hadisələrin içində olan, Türkiyənin nələrdən keçdiyini və verdiyi qurbanları görən bir qəzetçi kimi o dəhşətli günlərin bir daha geri gəlməməsini diləyirəm.

Və ümid edirəm ki, "Terrorsuz Türkiyə" hədəfi gerçəkləşsin, çünki bu torpaqların sülhə, rifaha və demokratiyaya çox ehtiyacı var...

Xaqani Səfəroğlu, jurnalist:

- Bir sıra saytlarda xəbərlərin başlığı ilə içindəki mətni uyğun gəlmir.

Başlıq indiki zamanda yazılır. Xəbər keçmiş zamanda...

Azərbaycan dilində feilin zamana görə dəyişməsi qaydası var.

Bilirəm, mənası yoxdur, amma yazdım da...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://525.az
archiveBu xəbər 16 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri