Icma.az
close
up
RU
Kommunal xidmətlərlə bağlı mühüm yenilik: Vahid sistemin hansı üstünlükləri var? Araşdırma

Kommunal xidmətlərlə bağlı mühüm yenilik: Vahid sistemin hansı üstünlükləri var? Araşdırma

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib. Mayın 1-ə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır.

Yol Xəritəsi kommunal xidmətlər sektorunun daha effektiv idarə olunması, xidmətlərə əlçatanlığın yaxşılaşdırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yüksəldilməsi üzrə təşkilati və inzibati tədbirləri əhatə edir. Onun icrası çərçivəsində kommunal qurumların inteqrasiyası, vahid abunəçi kodu mexanizminin tətbiqi, məlumat bazalarının təkmilləşdirilməsi və elektron xidmətlərin "mygov" rəqəmsal hökumət platformasına inteqrasiyası nəzərdə tutulur. Bununla yanaşı, sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi vətəndaşların elektrik, qaz, su, internet və digər kommunal xidmətlərlə əlaqəli məlumatları bir yerdə izləməsinə, ödəniş etməsinə və problemləri həll etməsinə imkan verən rəqəmsal platformadır. Bu cür sistem vasitəsilə istifadəçilər şəxsi hesablarına daxil olub, borcları və ödəniş tarixçəsini görə bilərlər. Həmçinin borclar, kəsintilər və digər vacib məlumatlar barədə SMS və ya e-poçt vasitəsilə bildirişlər ala bilərlər. Müəyyən vaxt aralığında avtomatik ödənişlərin həyata keçirilməsi mümkündür. İstifadəçilər xidmətlərlə bağlı problemlərini sistem üzərindən bildirə bilərlər.

Hazırda vahid kommunal informasiya sistemləri bir çox ölkədə tətbiq edilir. Əsasən, inkişaf etmiş ölkələr və rəqəmsal hökumət təşəbbüsləri olan dövlətlər bu cür sistemləri qurublar. Məsələn, dünyanın ən inkişaf etmiş rəqəmsal hökumət sisteminə sahib Estoniyada bu xidmətlər e-Estonia platformasına inteqrasiya olunub.Vətəndaşlar bir pəncərə sistemi vasitəsilə bütün kommunal xidmətlərə çıxış əldə edə bilirlər.

Sinqapurda da bütün dövlət və özəl xidmətlər üçün vahid giriş sistemi mövcuddur. Kommunal xidmətlər birləşdirilib və vətəndaşlar bütün ödənişləri bir platformada görə bilirlər.

Çində vətəndaşlar “Alipay və WeChat Pay” vasitəsilə elektrik, qaz və su ödənişlərini bir yerdən idarə edə bilirlər. Türkiyədə “e-Devlet Kapısı” kommunal xidmətlər də daxil olmaqla dövlət xidmətlərinin vahid portalıdır. Elektrik, qaz və su şirkətləri bu sistemə inteqrasiya edilib.

Azərbaycanda isə ASAN Kommunal və ASAN ödəniş müəyyən xidmətləri birləşdirsə də, hələ tam şəkildə ekosistem yaratmayıb.

Mövzu ilə bağlı Bakupost.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yeni sistem vətəndaşlar üçün göstərilən xidmətlərin təkmilləşməsi baxımından üstünlük yaradacaq:


“Bu sistemin tətbiqi ilə ödənişdə sadəlik və rahatlıq, vaxta qənaət, şəffaflıq, borca nəzarət mümkün olacaq. Onlar bir kodu ödəniş sisteminə daxil etməklə, işığa, qaza, suya nə qədər borcu olduğunu asanlıqla görə biləcək. Bundan başqa problem yarananda vahid kod vasitəsilə bütün xidmətlər üzrə şikayət və sorğuları mərkəzləşdirilmiş qaydada göndərmək mümkün olacaq”.

Ekspertin sözlərinə görə, bu mexanizmin tətbiqində mümkün ola biləcək bir neçə əsas çətinliklər ola bilər:

“Texniki və İT infrastruktur çətinlikləri yarana bilər. Belə ki, məlumat bazalarının inteqrasiyası, məlumat təhlükəsizliyi və şəxsi məlumatların qorunması, texniki avadanlıqların və proqram təminatının yenilənməsi ilə bağlı müəyyən problemlər yara bilər. Bundan başqa normativ-hüquqi və qanunvericilik məsələləri, idarəetmə və koordinasiya problemləri ortaya çıxa bilər. Amma bütün hallarda bu sistem vətəndaşların rahatlığı üçün yaxşıdır”.

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi baxımından vacibdir:

“Bu addım proqnozların hazırlanması, bu istiqamətdə tədqiqatların və digər fəaliyyətlərin həyata keçirilməsinin daha effektli və daha sistemli şəkildə reallaşmasına imkan verəcək. Eyni zamanda bu, istehlakçılar üçün də vacib məqamlardan biridir. Onlar artıq kommunal xidmətlər üzrə müraciətləri vahid platformada ünvanlaya biləcəklər. Bu da bir platformadan istifadə etməklə müraciət imkanı və hər hansı çətinliklər olarsa, bunun daha qısa zamanda həlli imkanları deməkdir. Nəticədə bu, imkan verəcək ki, istehlakçılar kommunal xidmətlərin əldə edilməsi ilə bağlı üzləşəcəkləri potensial çətinlikləri daha qısa zamanda həll edə bilsinlər. Bu addım istehlakçıların kommunal xidmətlərə əlçatanlığının artırılması və fasiləsiz kommunal xidmətlərin təmin edilməsi baxımından da vacib hesab olunur”.

Millət vəkilinin sözlərinə görə, bu addım həm də imkan verəcək ki, istehlakçılar kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi vasitəsilə də müraciət etsinlər və onları maraqlandıran məsələlərə daha qısa zamanda aydınlıq gətirilsin: “Vahid platforma vahid yanaşma deməkdir. Bu, istehlakçıların fasiləsiz kommunal xidmətlərlə təmin edilməsinə və eyni zamanda müraciətlərin vahid sistem vasitəsilə baxılması, öyrənilməsi və daha qısa zamanda həllinə imkan yaradacaq”.


Sevinc,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see204

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see187

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see165

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see141

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see141

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see138

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see130

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see129

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see129

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see128

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see126

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see124

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri