Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsində görüş

Konstitusiya Məhkəməsində görüş

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Aprelin 6-da Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Kostitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, ortaq milli-mənəvi dəyərlərdən və ənənələrdən güc alan Azərbaycan–Türkiyə qardaşlığının dünya ölkələrinə nümunə olduğunu vurğulayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iki qardaş ölkə arasında sarsılmaz münasibətlərin Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

Bildirilib ki, ən əhəmiyyətli məqamlarda dövlətimizə dayaq olmuş qardaş Türkiyənin Vətən müharibəsində və ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ölkəmizin yanında olması xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün Əsas Qanunun hüquqi qüvvəsi suveren respublikamızda tam bərpa edilib və işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi ilə həm də vətəndaşların konstitusiyada təsbit olunan hüquqlarının müdafiəsi təmin olunub.

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək iki qardaş xalq arasındakı münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini, “bir millət, iki dövlət” prinsipi əsasında qurulan əməkdaşlığın dövlət institutları arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüş zamanı konstitusiya ədalət mühakiməsinin rolu, hüquq sistemlərinin inkişafı, məhkəmə və prokurorluq institutları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər hüququn aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Sonra məhkəmənin binası ilə tanışlıq olub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Aprel 2026 01:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri