Icma.az
close
up
RU
“Könüllü Baharı 2” yekunlaşıb

“Könüllü Baharı 2” yekunlaşıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 mart, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən “Go Camp Volunteers” proqramı çərçivəsində təşkil olunan “Könüllü Baharı 2” Azərbaycan Könüllülərinin yaz düşərgəsi başa çatıb.

Gənclər Fondunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şəki Olimpiya İdman Kompleksində keçirilən düşərgənin əsas məqsədi könüllü gənclərin şəxsi inkişafının dəstəklənməsi, komanda bacarıqlarının gücləndirilməsi, liderlik potensialının üzə çıxarılması və milli-mənəvi dəyərlərə bağlılığın təşviqi olub.

Düşərgədən əvvəl Şəki şəhərinə çatan könüllü gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla anıblar.

Düşərgənin proqramı çərçivəsində təlimatlandırma görüşləri, tanışlıq və komanda quruculuq oyunları, interaktiv və masaüstü fəaliyyətlər təşkil olunub. “Könüllü zəkası” intellektual oyunu, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən keçirilən yarış, komandalararası voleybol çempionatı, “Bahar missiyası” adlı kvest və özünümüdafiə üzrə praktik təlim iştirakçıların həm fiziki, həm də intellektual bacarıqlarının inkişafına yönəlib.

Düşərgə müddətində iştirakçılar üçün müxtəlif aktual mövzularda təlim sessiyaları təşkil olunub. “Bədən dili və təsir bacarığı”, “İdeyadan layihəyə: İdeaton hazırlıq təlimi” və “Xəyal et. Planla. Reallaşdır.” mövzularında keçirilən sessiyalar iştirakçıların kommunikasiya bacarıqlarının inkişafına, emosional dayanıqlılıqlarının gücləndirilməsinə və layihə əsaslı düşüncə tərzinin formalaşmasına töhfə verib. Təlimlər sahə üzrə peşəkar ekspertlər tərəfindən həyata keçirilib. Bununla yanaşı, “Mentor Time” görüşləri və ideaton müsabiqəsi çərçivəsində iştirakçılar öz ideyalarını təqdim edərək praktiki təcrübə qazanıblar.

“Könüllü Baharı 2” könüllülər düşərgəsi çərçivəsində gənclər "Könüllülükdən karyeraya" adlı panel görüşdə bir araya gəliblər.

AKTİ-nin sədri Vüqar Əliyevin moderatorluğu ilə keçirilən panel görüşdə Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev iştirak ediblər. Görüş zamanı könüllülük fəaliyyətinin gənclərin şəxsi və peşəkar inkişafına təsiri, könüllülükdən karyera imkanlarına gedən yol, eləcə də gənclər üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.

Düşərgə Novruz adət-ənənələrini özündə əks etdirən zəngin proqramla davam edib. Ustad dərsi zamanı düşərgə iştirakçıları saxsıda səməni hazırlayıb və onları yaradıcı şəkildə boyayıblar. “Novruz xonçası” müsabiqəsi, kosa, keçəl və bahar qızı, tonqal mərasimi və musiqili proqram iştirakçılar arasında həmrəyliyin və birlik ruhunun daha da möhkəmlənməsinə töhfə verib.

Eyni zamanda, düşərgə iştirakçıları üçün Şəki şəhərinin tarixi yerləri olan Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansaraya ekskursiya təşkil edilib.

Yekunda yarış və müsabiqələr üzrə qaliblər mükafatlandırılıb və düşərgə bağlanış mərasimi ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri