Kosmetoloq açıqladı: Yuxusuzluqdan sonra dərini tez necə canlandırmaq olar?
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Şiddətli stress, yuxusuzluq və quru hava dərinin solğunlaşmasına, tonusunu və təravətini itirməsinə, susuzlaşma səbəbindən göz altı şişkinliyinin yaranmasına səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, bu barədə kosmetoloq Aleksandra Tyurina gazeta.ru-ya bildirib.
Mütəxəssis qeyd edib ki, alkoqol, duzlu qidalar və təyyarə kimi quru mühitlər dəridən nəm çəkir və bu, dərhal görünüşə təsir edir: dəri solğunlaşır, konturlar daha az aydın olur, həssaslıq artır və kapilyar problemlər yarana bilər.
Tyurinanın sözlərinə görə, yuxusuzluq zamanı mikroqan dövranı zəifləyir, dərinin yenilənmə prosesi yavaşlayır və adi qulluq vasitələri belə daha az təsir göstərir.
O vurğulayıb ki, bu vəziyyətdə dərini sadəcə “yatıb dincəltmək” kifayət etmir: “Dəriyə nəm vermək, yumşaq təmizləmə aparmaq, antioksidantlarla dəstəkləmək və bərpa üçün vaxt vermək lazımdır".
Kosmetoloq belə hallarda aqressiv prosedurlardan uzaq durmağı tövsiyə edir. Onun sözlərinə görə, kimyəvi pilinqlər, lazer prosedurları, sərt təmizləmələr və travmatik inyeksiyalar dərini daha da zədələyə bilər, quruluğu artırar və şişkinliyi gücləndirə bilər.
Həmçinin güclü turşuların, retinolun, isti vannaların və sauna prosedurlarının da müvəqqəti dayandırılması məsləhət görülür. Bunun əvəzinə yumşaq ferment pilinqləri, intensiv nəmləndirmə proqramları və biorevitalizasiya daha uyğun hesab edilir.
Mütəxəssis kosmetoloji kabinetdə ekspress bərpa prosedurlarını da tövsiyə edir: nəmləndirmə, limfodrenaj, mikrocərəyan terapiyası və yumşaq qulluq metodları bir seansdan sonra belə görünüşü yaxşılaşdıra bilər.
Tyurinanın sözlərinə görə, yuxusuz gecədən sonra ilk 24 saat dərinin vəziyyəti üçün həlledicidir. Bu dövrdə yumşaq təmizləmə, nəmləndirici serum və qoruyucu krem istifadə etmək əsas qaydalardandır.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Yuxusuzluqdan sonra yaddaşı necə qorumaq olar? ARAŞDIRMA
26 Avqust 2026 09:52
Sağlam Yuxu: Yuxusuzluqdan necə qorunmalı
12 Yanvar 2026 15:04
Yuxusuzluqdan əziyyət çəkirsiniz?
25 May 2026 17:27
Yuxusuzluqdan əziyyət çəkənlərə MƏSLƏHƏT
07 Aprel 2025 23:41
Yuxusuzluqdan qurtulmağın sadə YOLU
22 Aprel 2025 22:59
Baxış sayı:109
Bu xəbər 01 May 2026 20:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları