Icma.az
close
up
RU
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu Görünməmiş dələduzluq

Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu Görünməmiş dələduzluq

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


"Abşeron City" yaşayış kompleksi ərazisində fəaliyyət göstərən "As Studio" gözəllik salonunun kosmetoloqu müştərisinə qarşı dələduzluq edib.

Qaynarinfo xəbər verir ki, kosmetoloq S.E. müştərisinin 9000 manat dəyərində olan qızıl-ziynət əşyalarını ələ keçirib.

O, müştərisini inandırıb ki, qızıl-ziynət əşyaları toya getmək üçün lazımdır. Müştərisi sonradan kosmetoloqa zəng edib qızılları geri almaq istəsə də, ona zəng çatmayıb. Qarşı tərəf məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət edib.

S.E. şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, qızllar 3300 manat müqabilində lombarda qoyulub. Bundan sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb. Məhkəmə prosesi zamanı S.E. özünü qismən təqsirli bilib. O iddia edib ki, müştərisi həmin qızlları ona 2000 ABŞ dollarına satmaq istəyib. Keçmiş həyat yoldaşı da qızlları lombarda girov qoyaraq alınan pulu müştəriyə verməsini tövsiyə edib. S.E. qızıllar lombarda qoyulduqdan sonra alınan pulu keçmiş əri vasitəsi ilə müştərisinə verib. Lakin həm zərərçəkən, həm də S.E.-nin keçmiş əri onu dediklərinin yalan olduğunu bildirib.

Məhkəmənin hökmü ilə S.E. 2 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 14 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri