Icma.az
close
up
RU
Kredit götürən və ödəyə bilməyən müştərilər ən çox hansı rayonlardadır?

Kredit götürən və ödəyə bilməyən müştərilər ən çox hansı rayonlardadır?

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin 1 noyabr tarixinə olan məlumata əsasən, Azərbaycan banklarının milli valyutada verilmiş cəmi kredit portfeli 22,5 milyard manat təşkil edib. Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, ən çox kredit  Bakı şəhərində verilib. Paytaxtda milli valyutada verilmiş kreditlərin ümumi məbləği 16,4 milyard manat təşkil edir. Böyük şəhər və iqtisadi mərkəz olaraq Bakı həm əhali sayı, həm də müxtəlif iqtisadi fəaliyyət sahələrinin inkişafı ilə diqqət çəkir.

İkinci yerdə olan Sumqayıt şəhərində milli valyutada verilmiş kreditlərin ümumi məbləği 698,9 milyon manat təşkil edib.

Gəncə şəhəri də milli valyutada verilmiş kreditlər üzrə yüksək məbləğə malikdir. Bu şəhərdə verilmiş kreditlərin həcmi 635,5 milyon manat təşkil edir.

Naxçıvan şəhəri isə 362,7 milyon manatla 4-cü sırada yer alır.

Abşeron rayonu 262 milyon manatla 5-ci, Lənkəran 261,6 milyon manatla 6-cı, Bərdə rayonu 234 milyon manatla 7-ci sırada yer alır.

Mingəçevir şəhəri 187,6 milyon manatla 8-ci, Xaçmaz rayonu isə 175,6 milyon manatla 9-cu sırada yerləşir. İlk onluğun sonuncu pilləsini Şəmkir rayonu 169,2 milyon manatla tutur. Bu da rayonun iqtisadi inkişafını, xüsusən də kənd təsərrüfatı sahəsindəki artımı əks etdirir.

Milli valyutada kredit verilən ən az bölgə isə Xankəndi şəhəridir. Bu şəhərdə verilmiş kreditlər cəmi 600 min manat təşkil edir.

2024-cü ilin noyabrın 1-nə Azərbaycanda problemli kreditlər 425 milyon manat təşkil edib.

Ölkə üzrə problemli kreditlərin də əksər hissəsi – 325 milyon manatı Bakı şəhərinin payına düşür.

Digər şəhər və rayonlarda problemli kreditlərin həcmi:

Sumqayıt şəhəri: 14 milyon manat Gəncə şəhəri: 11,5 milyon manat Zaqatala rayonu: 7,3 milyon manat Abşeron rayonu: 4,5 milyon manat Şəmkir rayonu: 4,4 milyon manat Naxçıvan şəhəri: 4,4 milyon manat Yevlax rayonu: 4 milyon manat Bərdə rayonu: 3,1 milyon manat Neftçala rayonu: 3 milyon manat Xaçmaz rayonu: 2,9 milyon manat Quba rayonu: 2,8 milyon manat Tovuz rayonu: 2,8 milyon manat Lənkəran rayonu: 2,7 milyon manat Salyan rayonu: 2,7 milyon manat Şirvan şəhəri: 2,3 milyon manat Mingəçevir şəhəri: 2.0 milyon manat Cəlilabad rayonu: 1.9 milyon manat Şəki rayonu: 1.8 milyon manat Qazax rayonu: 1.3 milyon manat Şabran rayonu: 1.3 milyon manat

Digər şəhər və rayonlar:

İmişli, Ağcabədi, Göyçay və Masallı rayonları: hər biri 0,9 milyon manat hər biri İsmayıllı, Kürdəmir, Ağdaş, Saatlı, Ağstafa və Sabirabad rayonları: hər biri 0,8 milyon manat (hər biri) Qəbələ, Qusar, Goranboy rayonları: hər biri 0,7 milyon manat Şamaxı, Tərtər rayonları: hər biri 0,6 milyon manat Biləsuvar, Siyəzən, Göygöl rayonları: hər biri 0,5 milyon manat Beyləqan, Hacıqabul, Ucar, Gədəbəy rayonları: hər biri 0,4 milyon manat Ağsu, Zərdab, Culfa, Samux rayonları: hər biri 0,3 milyon manat Füzuli, Astara, Balakən, Qax, Kəngərli rayonları: hər biri 0,2 milyon manat Qobustan, Ağdam, Daşkəsən rayonları: hər biri 0,2 milyon manat Lerik, Yardımlı, Oğuz, Şərur, Naftalan şəhəri: hər biri 0,1 milyon manat
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri