Icma.az
close
up
RU
Kreml İrana görə beynəlxalq güc mərkəzləri ilə üz üzə gəlməkdən qaçır Aqşin Kərimov

Kreml İrana görə beynəlxalq güc mərkəzləri ilə üz üzə gəlməkdən qaçır Aqşin Kərimov

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İsraillə İran arasında 13 iyundan genişmiqyaslı münaqişə başlayandan bu yana Rusiya Prezidenti Vladimir Putin hər iki tərəfə vasitəçilik təklif edib. 
ABŞ Prezidenti Donald Tramp isə bu vasitəçiliyə şübhə və kinayə ilə yanaşıb. Tramp deyib ki, 17 iyunda Vladimir Putinlə telefonla danışıb.

Amerik lideri jurnalistlərə açıqlamasında deyib: “O (Putin) əslində vasitəçiliyə kömək etməyi təklif etdi. Mən dedim: “Mənə bir yaxşılıq et, öz  ölkəndə vasitəçi ol. Mən dedim ki, Vladimir, gəlin əvvəlcə Rusiyaya vasitəçilik edək, bundan sonra narahat ola bilərsiniz” – Tramp Rusiya-Ukrayna müharibəsini nəzərdə tutaraq deyib. 

Ümumiyyətlə, Rusiyanın İran və İsrail arasında vasitəçiliyi mümkündürmü? 

Siyasi təhlilçi Aqşin Kərimov Redaktor.az-a açıqlamasında bildirdi ki, Putin özünün moderatorluq təkliflərinə ciddi şübhə ilə yanaşılacağını bilirdi:

"Putin vasitəçilik planı ilə başqa bir hədəfə doğru irəliləmək strategiyasını test edir. Əslində Putin Trampa Rusiya-ABŞ münasibətlərinin düzəlməsi, Ukrayna müharibəsində sövdələşmə ilə imtiyaz əldə etmək niyyətini ifadə edib. Çünki Putin İsrail-İran münaqişəsini ABŞ ilə danışıqlarda fürsətə çevirmək niyyətindədir. Mümkündür ki, Rusiya bunun üçün ABŞ ilə birgə İsrail-İran müharibəsinə son qoyulması üçün strategiya hazırlamasının tərəfdarıdır. Bu plan, Rusiyanın Ukraynada apardığı hərbi kampaniyada Vaşinqtondan siyasi dəstək almasına hesablanmış planın bir hissəsidir. Yəni Putinin təklifinin arxasında Rusiyanın diplomatiya vasitəsilə ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istəyi dayana bilər”.

Politoloqun fikrincə, Rusiya İsrail-İran müharibəsinə yanaşmada tərəflərdən birinə strateji dəstək olmaqdan yayınır:

“Bunun səbəbləri aydındır: Rusiyanın İranla da, İsraillə də əlaqələri yaxşıdır. Hərçənd ki, Rusiya ilə İran arasında müqavilə-hüquq bazası üzrə tərəfdaşlıq sənədləri daha üstündür. Lakin Rusiya faktiki reallıqlardan çıxış edərək İsraillə olan arxa kanal əlaqələrinə üstünlük verir. Üstəlik Kreml İrana görə beynəlxalq güc mərkəzləri ilə üz-üzə gəlməkdən qaçır. Bunun bir səbəbi də odur ki, Rusiya İranı həqiqi müttəfiq kimi nəzərdən keçirmir”,- deyə A.Kərimov bildirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 İyun 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri