Kriptovalyuta alanların nəzərinə “Qəfildən partlayacaq və…”
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda rəqəmsal aktivlərə, o cümlədən kriptovalyutalara maraq artıb. Bu məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da təsdiqləyib. Digər tərəfdən bu sahədə bir sıra risklərin olduğu bildirilir. İtirilmiş investisiyalar, haker hücumları və dələduzluq halları buna nümunədir.
Vətəndaşlar nələrə diqqət etməlidir?
Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, böyük risklər səbəbindən dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycan bir qədər ehtiyatlı davranmaq məcburiyyətindədir:
“Kriptovalyutalar sabun köpüyüdür, onlar bir gün partlayacaqlar. Sadəcə zaman məsələsidir. Əksər ölkələr buna etibar etmirlər. Düzdür, müəyyən tanınmış şirkətlər, təchizatlar kriptovalyutalarla bağlı müsbət rəylər formalaşdırmağa çalışırlar. Hətta onlar ödəniş üsulu kimi qəbul edilsə də, daha sonra digər valyutalarla əvəz edilir. Sadəcə daha çox müştəri, tərəfdaş cəlbi, o cümlədən gəlir əldə etmək üçün kriptovalyutalarla ödəniş qəbulu baş tutur”.
Eldəniz Əmirov
E.Əmirov bildirib ki, hazırda kriptovalyutalar ən çox risk daşıyan maliyyə alətidir:
“O ki qaldı rəqəmsal valyutalara, bu, tamam başqa məsələdir. Biz ayrı-ayrı ölkələrin elektron pullarının dövriyyəyə buraxılmasını görə bilərik. Bu hal getdikcə artır. Amma risklər hər istiqamətdə var”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 18 Fevral 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















