KXDR də hakim Fəhlə Partiyasının yaradılmasının 80 ci ildönümü qeyd olunur
Icma.az, Azertag saytına istinadən bildirir.
Pekin, 10 oktyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasında (KXDR) hakim Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi paytaxt Pxenyandakı “1 May” stadionunda təntənəli mərasimin keçirilməsi barədə məlumat yayıb. Mərasimdə KXDR-in Dövlət İşlərinin Sədri Kim Çen In çıxış edərək, ölkəni zəngin “sosialist cənnəti”nə çevirəcəyinə söz verib.
Yubiley tədbirlərində yüksək vəzifəli xarici qonaqlar, o cümlədən Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam və Çinin Dövlət Şurasının sədri Li Çian iştirak edirlər.
Bəzi media orqanları Koreya Fəhlə Partiyasının yubileyi münasibəti ilə hərbi paradın keçiriləcəyinə dair xəbərlər yayıb. Qeyd olunur ki, 10 minlərlə hərbçinin cəlb ediləcəyi paradda KXDR-in yeni silah və texnikası nümayiş olunacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin


