La Liqanın prezidenti “Real” barədə: “Bu oliqarx, ancaq varlıların futboludur”
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
La Liqanın prezidenti Xavyer Tebas "Real"ın İspaniya çempionatının oyunlarında hakimliklə bağlı şikayətlərinə sərt reaksiya verib. Sport24.az xəbər verir ki, Tebas "Kral Klubu"nun prezidenti Florentino Peresin azarkeşlərin hiss ilə oynadığını vurğulayıb:
"Son həftələrdə hakimliklə bağlı çox mübahisələrimiz oldu. "Real" rəhbərliyi mübahisə edir və yalan tarix yazır. Bütün futbolu şübhə altına alır. Bu aqressiv və manipulyasiya edilmiş hekayədir. "Real"ın bütün günü ağlayan bir klub olması ilə razılaşmayan bir çox azarkeş tanıyıram.
VAR-a həddən artıq çox diqqət yetirilir. Biz hakimlik sistemini dəyişmək istəyirik. Digər klublarla sorğu keçirsəniz, VAR-dan ən çox "Real" və "Barselona"nın faydalandığını söyləyəcəklər".
La Liqanın prezidenti Peresin pul bölgüsünə də nəzarət etmək istədiyini vurğulayıb:
"Peresin futbolu insanları aldadır. Bu oliqarx futboludur, bu ancaq varlıların futboludur. O, hər şeyə, o cümlədən pul bölgüsünə qərar vermək istəyir. "Real" Çempionlar Liqasını qazananda çox sevindim. Mən "Real" fanatıyam, amma Florentin Peresin fanatı deyiləm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Fevral 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















