Icma.az
close
up
RU
Lalənin Konum at”ı müzakirə yaratdı: Unudulub gedir...” Yeni Sabah

Lalənin Konum at”ı müzakirə yaratdı: Unudulub gedir...” Yeni Sabah

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bu yaxınlarda Əməkdar artist Lalə Məmmədovanın “Konum at” adlı yeni mahnısı və klipi təqdim olunub. İfanın sözləri, bəstəsi isə sənətçinin pərəstişkarları və digər izləyicilər tərəfdən birmənalı qarşılanmayıb. Mahnının yeni üslubda olması, adda istifadə olunan sözün bizim lüğətimizdə yer almaması geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə bir çoxları belə mahnıları Lalə Məmmədova kimi sənətçiyə yaraşdırmadığını ifadə ediblər.

Ümumiyyətlə, son dövrlər klassik musiqiyə olan maraq getdikcə azalmağa başlayıb. Sanki bəstəkarlarımız da artıq klassik musiqinin sanballı, ağır janrlarından əsərlər yazmağa bir o qədər də həvəs göstəmirlər. 

Maraqlıdır, hazırda bəstəkarlarımız daha çox hansı üslubda əsərlər yazır? Niyə yeni əsərlər səslənmir və yaxud eşidə bilmirik?

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Xalq artisti, bəstəkar Faiq Sücəddinov bildirib ki, sanballı mahnılar həmişə var və yazılır:

“Onlar elə sanballı müğənnilər tərəfindən ifa olunur. Bütün bunlar hamısı bir-biri ilə bağlıdır. Samballı deyəndə azərbaycançılığı təbliğ edən gözəl, amma bayağı olmayan parçalardan söhbət gedir. Təbii ki, bu mahnılar səsləndirilməyə davam edir. Amma əfsuslar olsun ki, sayları azlıq təşkil edir. 

Müğənnilərə bu barədə nə isə təklif etmək düzgün deyil. Özləri bilər. Sözsüz ki, yaxşı mahnılar oxumaq lazımdır. Bu, həm də ifaçıların musiqi taleyini, karyerasını müəyyənləşdirir. Yaxşı mahnı oxuyan şəxsin sənət keçmişində bir-birindən dəyərli, mənalı mahnılar yer alacaq. Bir də var ki, ifanı səsləndirirsən, elə həmin anda sözləri unudulub gedir. İnsan çörək yeyəndə belə dadlı olanını seçir. Dinlənilə bilən musiqilərə qulaq asmaq, oxuyanda da həmçinin, yaxşı mahnı seçimi etmək lazımdır. Axtarışda olmaq, yaxşı mahnı oxumaq gərəkdir ki, həmin ifalar insanın taleyində çevriliş etsin”. 

Bəstəkar “Zəfər Günü” ilə bağlı bir məlumatı da açıqlayıb:

“Sabah vətənimiz, millətimiz üçün önəmli bir gündür, zəfər günüdür. Bu münasibətlə, Filarmoniyada yeni əsərim “Qarabağnamə” Dövlət Simfonik Orkestri, Kapella və Əməkdar artist Ramil Qasımov tərəfindən ilk dəfə səslənəcək. Əsərin sözləri akademik Rafael Hüseynov tərəfindən yazılıb”.

Aytac Şahin


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri