Icma.az
close
up
RU
Lavanda tarlasına giriş niyə 8 manatdır? Şirkət rəhbəri səbəbi AÇIQLADI

Lavanda tarlasına giriş niyə 8 manatdır? Şirkət rəhbəri səbəbi AÇIQLADI

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şamaxıda yerləşən və "Herba Flora" şirkətinə məxsus lavanda tarlası son dövrlər həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilib. Bənövşəyi mənzərəsi ilə diqqət çəkən ərazi sosial şəbəkələrdə də geniş maraq doğurur. Lakin bəzi vətəndaşlar lavanda sahəsinə giriş üçün tələb olunan 8 manatlıq ödənişin yüksək olduğunu bildirərək qiymətdən narazılıqlarını ifadə edirlər.

Bəs bu qiymət nəyə əsasən belə tənzimlənib? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Herba Flora" şirkətinin təsisçisi, Herba Medical Tibb Mərkəzinin baş həkimi, fitoterapevt Fizuli Hüseynov bildirdi ki, Azərbaycanda lavanda təsərrüfatına qazanc əldə etmək məqsədilə yatırım edənlər zərərlə üzləşirlər.

"Azərbaycanda əgər kimsə bu işdən pul qazanmaq istəyirsə, tamamilə ziyandır, nağıldır. Yəni qoyduğun pulun üçdə biri belə geri qayıtmır. Baxın, mən təkcə şitillərə 40 min manat pul vermişəm. Üstəlik, bunun əkini var, suvarılması var, sahənin alınması var, sonra 6-7 nəfər işçinin saxlanılması, əməkhaqlarının ödənilməsi var. Bütün bunları hesablayanda, il ərzində təkcə işçilərin və sahənin saxlanılmasına həmin ilkin xərcdən əlavə ən azı 30-40 min manat vəsait xərclənir. Lavanda mövsümü isə cəmi bir ay çəkir. Həmin bir ay ərzində də ən uzağı 10-15 min manat gəlir əldə etmək olur. Ondan artıq mümkün deyil. Mən özüm bitkiçiliklə məşğul olduğum üçün lavandanı yenidən emal edirəm, ondan yağ və digər məhsullar hazırlayıram. Turizm baxımından isə o pulu çıxarmaq mümkün deyil. Mən lavandanı öz istehsalımda istifadə etdiyim üçün bu iş mənə qismən sərf edir. Amma kənardan bu sahəyə gələn bir insan üçün bu, tamamilə ziyanlı işdir. Bilirsiniz necədir, insanlar gəlirlər, deyirlər ki, niyə giriş qiyməti belədir? 8 manat elə də böyük pul deyil. Məsələn, Qəbələdə də belə lavanda sahələri var. Orada da giriş 8 manatdır. Amma içəridə hansısa dekorasiyanın yanında şəkil çəkdirmək istəyəndə əlavə ödəniş edilir. Məsələn, yelləncəyin yanında və ya lavandaların içində şəkil çəkdirirsinizsə, əlavə pul ödəyirsiniz. Nəticədə bu, 15-20 manata başa gəlir. Bizdə isə belə bir şey yoxdur. İçəri girdinizsə, istədiyiniz qədər şəkil çəkdirə bilərsiniz. Heç kim buna görə əlavə ödəniş tələb etmir və ya problem yaratmır", - deyə o yekunlaşdırdı.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyun 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri