Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranın Zövlə kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.
Yaxınlarının deməsinə görə, Q.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.
Faktla bağlı araşdırma gedir.

Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıb
15 Noyabr 2024 16:06
60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət aldı
15 Noyabr 2024 17:15
Lənkəranda 60 yaşlı kişi güllələndi
15 Noyabr 2024 16:14
60 yaşlı Lənkəran sakini açılan atəş nəticəsində xəsarət aldı
15 Noyabr 2024 16:51

