Icma.az
close
up
RU
Lənkəranskini bıçaqlayanı belə öldürüblər YENİ TƏFƏRRÜAT FOTO

Lənkəranskini bıçaqlayanı belə öldürüblər YENİ TƏFƏRRÜAT FOTO

Icma.az bildirir, Bizim media portalına istinadən.

Xəbər verdiyimiz kimi,  Tiflisdə kriminal aləmdə Suxumi qrupluşmasının lideri kimi tanınan “qanuni oğru” Merab Canqveladzenin qardaşı Levan Canqveladze öldürülüb. Məlumatla görə, ona 9 güllə vurulub. Levan illərdir ki, Suxumi klanında əsas rol oynayırdı və onun “beyin mərkəzi” hesab olunurdu.
Bizim.Media xəbər verir ki, qətlin bəzi təfərrüatları bəlli olub. Bəlli olub ki, Levan uzun müddət imiş  yalnız  mühafizəçilərlə hərəkət edib və harada olması barədə yerini açıqlamayıb. Bir ay əvvəl o, Moskvada olub, orada görüşlər keçirib.
Tiflisə isə vəfat edən yaxın dostu ilə vidalaşmaq üçün gəlibmiş.
Sui-qəsd hazırlayanlar da yaxşı biliblər ki, Levan mərhumla vidalaşmaq üçün mütləq Tiflisə qayıdacaq və killer də sadəcə, hüzr mərasiminin keçirildiyi yerdə pusqu qurub. Qara beysbol papaqlı qatil Levanın mühafizəçi ilə addımladığı vaxt tətiyi çəkib. O, əvvəlcə qaçmağı seçən mühafizəçiyə hücum edib. Levan Canqveladze isə avtobus dayanacağına doğru qaçsa da, qatil onu kürəyindən vurub. Sonra o, öldüyünə əmin olmaq üçün bir neçə  nəzarət atəşi də açıb.
Mənbənin sözlərinə görə, Merab qardaşının qətlinin arxasında kimin ola biləcəyi ilə bağlı hələ dəqiq bir nəticəyə gəlməyib. Levanın kifayət qədər düşməni var idi. Eyni zamanda o, həmişə bazarlara, meyvə-tərəvəz bazalarına maraq göstərib, bu da Azərbaycan mafioz klanları ilə qanlı çəkişmələrə gətirib çıxarıb.
 

Yada salaq ki, Merab Canqveladze vaxtilə Rövşən Canıyevlə (Rövşən Lənkəranski)  yaxınlıq da edib. Ancaq olduqca tez bir zamanda onlar arasında gərginlik başladı ki, onun əsas baiskarı öldürülən Levan olmuşdu.


2012-ci ilin yayında Lənkəranskinin Dubayda Levan Canqveladze ilə söhbəti olub. Rövşən ona bildirib ki, bazarlarda şəriklik etmək ayrı, onu “ələ keçirmək” cəhdi ayrıdır. Levanla söhbət əlbəyaxa davaya çevriləndə gürcü bıçağı götürərək Rövşənə yüngül xəsarət yetirmişdi.
Dubayda baş verən hadisələrdən az sonra Rövşən o vaxt İtaliyada gizlənən Merab Canqveladze ilə görüşüb. Lənkəranski qardaşının davranışı ilə bağlı şikayətlərini “qanuni oğru”ya bildirməyə çalışıb. Burda da gərginlik yaranıb, Merab hətta silaha da əl atıb. Gərginliyə baxmayaraq tezliklə tərəflər barışıb. Amma son illər onlar Lənkəranski ilə yaxınlıq etməyiblər. 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar.
Rusiya mənbələri qətldə Ded Xasan və onun  1 nömrəli “qanuni oğru” Zaxar Kalaşovun (Şakro) qisas  versiyasını rədd ediblər. Çünki Levanın çoxlu başqa düşmənləri var idi.
Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb. 1975-ci ildən anadan olan Levan da Suxumski ləqəbi ilə tanınırdı. (Musavat.com)


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Mart 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri