Litva Ukraynaya 10 milyon avro ianə edəcək
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Litva Ukraynanın bərpası üçün Aİ-nin Ukrayna Proqramına 10 milyon avro məbləğində milli ianə edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müqavilə Brüsseldə xarici işlər naziri Kestutis Budris və genişlənmə üzrə Avropa komissarı Marta Kos tərəfindən imzalanıb.
Vəsait Litvanın Ukraynada fəal iştirak etdiyi prioritet sahələrə - təhsil infrastrukturunun bərpasına, mülki müdafiənin gücləndirilməsinə və məktəbəqədər təhsil islahatlarına yönəldiləcək.
Qeyd edək ki, Litvanın 2022-ci ildən bəri Ukraynaya göstərdiyi maliyyə yardımı 1,7 milyard avronu keçib.
Anar
Bu mövzuda digər xəbərlər:Litva Ukraynaya 10 milyon avro ayıracaq
19 Noyabr 2024 21:21
Litva Prezidenti Ukraynaya 42 milyon avro yardım vədi verib
25 Avqust 2026 17:36
Litva Ukrayna üçün 10 milyon avro ayıracaq
19 Noyabr 2024 21:56
Litva Ukraynaya 412.000 avro dəyərində tibbi ləvazimatlar bağışlayacaq
08 İyul 2026 15:25
Baxış sayı:133
Bu xəbər 16 Mart 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















