Livanda bir birinə bitişik iki bina çöküb: 13 nəfər həyatını itirib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Livanın Trablusşam şəhərində bir-birinə bitişik vəziyyətdə olan iki bina çöküb. Hadisə nəticəsində 13 nəfər həyatını itirib.
Xalqcebhesi.az Livan mətbuatına istinadən xəbər verir ki, ölkənin şimalındakı Trablusşam şəhərinin Tebbene məhəlləsində dünən bir-birinə bitişik iki bina uçub. Hadisə yerinə cəlb edilən xilasetmə qruplarının apardığı axtarış-xilasetmə işləri nəticəsində indiyədək 13 nəfərin meyiti tapılıb.
Məlumata görə, dağıntılar altında qalan 9 nəfər yaralı halda xilas edilib.
Rəsmilər dağıntılar altında hələ də insanların ola biləcəyini bildirərək, bu səbəbdən axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd ediblər.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:Livanda beşmərtəbəli bina çöküb, ölənlər var
09 Fevral 2026 08:08
Tanzaniyada bina çöküb: 13 nəfər ölüb, 84 nəfər yaralanıb
19 Noyabr 2024 02:43
Tanzaniyada bina çöküb, 13 nəfər ölüb, 84 nəfər yaralanıb
18 Noyabr 2024 23:06
Tanzaniyada bina çöküb, 13 nəfər öldü, 84 nəfər YARALANDI
19 Noyabr 2024 00:05
Ankarada kömür mədəni çöküb, 13 nəfər yaralanıb
10 Aprel 2025 08:53
Baxış sayı:124
Bu xəbər 09 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















