Livanlı muzdlu Viken Eulcekcianın həbsxana aclıq etməsi barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır
Icma.az, Apa.az saytına istinadən bildirir.
Qarabağda döyüşməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilmiş livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın aclıq etməsi barədə Ermənistan mətbuatında məlumat yayılıb. Ermənistan KİV-i yazır ki, Viken Eulcekcian artıq 20 gündür, aclıq aksiyasına başlayıb.
Lakin APA-nın əldə etdiyi məlumata görə, livanlı muzdlunun aclıq etməsi barədə Ermənistan mətbuatının yaydığı informasiya həqiqətə uyğun deyil.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Viken Eulcekcian 2021-ci ildə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 02 Sentyabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















