Icma.az
close
up
RU
Los Anceles şəhərinin mənzərəsi: 6 gündə nələr oldu?

Los Anceles şəhərinin mənzərəsi: 6 gündə nələr oldu?

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

7 yanvarda başlayan meşə yanğınları ilə əlaqədar okeanın o üzündən üzücü xəbərlər gəlməkdədir.

Kaliforniya qubernatoru Gevin Nyusom dediyi kimi, Los-Ancelesi bürüyən meşə yanğınları ABŞ tarixində ən dəhşətli təbii fəlakətdir. Məsələn,  Los-Ancelesdəki  meşə yanğınları səbəbindən əvvəl 330 min insan təxliyə olunsa da, ötən gün daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib.
ABŞ mediasına rəsmilərdən sızan məlumatlara görə, vilayətin 37 min hektardan çox ərazisi külə dönüb. Qarşısıalınmaz yanğınlar səbəbi ilə ölənlərin sayında da artım var. 24 nəfərin öldüyü dəqiqdir. Eyni zamanda 13 nəfərin itkin düşdüyü də məlum olub.

Hətta yanğın baş verən ərazilərdə vəziyyət o qədər kritikdir ki, qəzalar da qaçılmaz olub . Beləki, ayın 10-da Kaliforniyada yanğınsöndürən təyyarə yanğınla mübarizə apararkən pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub.
Bildirilib ki, Kaliforniya yanğınsöndürənlərində cəmi 2 ədəd “Canadair CL-415 Super Scooper” təyyarəsi olub və toqquşma nəticəsində də onlardan biri sıradan çıxıb.

Yanğın elə bir dəhşətlə davam edir ki, ABŞ Prezidenti Co Bayden dediyi kimdir:” ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri meşə yanğınları nəticəsində o qədər böyük ziyan görüb ki, onu müharibə zonası ilə müqayisə etmək olar.
Los-Anceles Yanğınsöndürmə İdarəsinin rəisi Kristin Kroulinin sözlərinə görə, bazar günü şimal-şərq küləklərinin sürəti 50 mil/saatdan çox olduğu üçün bölgə üçün "qırmızı bayraq" xəbərdarlığı qüvvədədir. Xəbərdarlıq çərşənbə günü yerli vaxtla saat 18:00-a qədər qüvvədə qalacaq, çünki yaxın günlərdə Santa-Ana küləyinin də güclənəcəyi gözlənilir.

Bu təbii hava fenomeni bu il xüsusilə geniş yayılmışdır, küləklər bəzən qasırğa gücünə çatır, Los-Anceles əyalətinin yanğınsöndürmə rəisi Entoni Maroneyin sözlərinə görə, bu küləklər aşağı rütubət və çox quru bitki örtüyü ilə birlikdə "Los Anceles bölgəsi üçün təhlükə olaraq qalır" .

Yeri gəlmişkən,yanğınlar zamanı 50-dən çox amerikalı məşhurun o cümlədən dünyanın bir çox ölkələrinin məşhur vətəndaşlarının Los- Anceles şəhərindəki bvillaları yanıb kül oldu.

 Ermənilərə yanğında dəyən zərər


Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan ermənilərin bu yanğınlardan ziyan çəkdiyi ilə bağlı açıqlama verib:”ABŞ-da Los-Anceles yanğınlarının nəticələri həqiqətən fəlakətlidir: onlarla qurban, yüzlərlə yaralı, minlərlə evsiz insan.Yanğınlar soydaşlarımıza böyük ziyan vurub, təkcə insanların evlərini deyil, həm də erməni icmasının binalarını dağıdıb. ABŞ-ın Los-Anceles şəhərinin sakinlərinə, xüsusən də soydaşlarımıza başsağlığı veririk.Dua edirik ki, fəlakət ən qısa zamanda dayandırılsın”.
Qeyd edək ki, yanğının ilk günü “Sahak-Mesrop Ai Kristonya” erməni məktəbinin binası da kül olmuşdu.

Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri