Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Lotereya biletindən 1 manat “uddu”, daha çox qazanmaq istədi, 3 il 8 ay həbsxanaya getdi...

Lotereya biletindən 1 manat “uddu”, daha çox qazanmaq istədi, 3 il 8 ay həbsxanaya getdi...

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ucarda lotereya biletləri vasitəsilə bəxtini sınamaq istəyən Əli Salmanov dəmir barmaqlıqlar arxasına gedib düşüb. O, bu hərəkətinə görə həyatının hələ bir neçə ilini də həbsxana divarları arasında keçirməli olacaq.

Bizimyol.info xəbər verir ki, lotereya oğurluğunda ittiham olunan Ucar sakini Əli Salmanov 3 il 8 ay azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, o, Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234.1 (narkotik əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.

İttihama əsasən, 1991-ci il təvəllüdlü Əli Salmanov “Ucar” Ticarət Mərkəzində lotereya biletləri satılan köşkdə satıcının yerində olmamasından istifadə edərək, vitrin şüşəsinin altından 75 ədəd bilet oğurlayıb. Onların arasında “Prestij Poz-Qazan”, “Şans yağışı” və s. lotereya biletləri olub. Nəticədə satıcıya 750 manat ziyan dəyib.

İttihamda qeyd olunub ki, polis əməkdaşları Əli Salmanovun evində axtarış apararkən şkafdan 17 qram qurudulmuş marixuana aşkar ediblər.

Əli Salmanov əvvəllər də oğurluq və narkotik ittihamı ilə məhkum edilib. O, sonuncu dəfə 3 il əvvəl azadlığa çıxıb, lakin məhkumluğu ödənilmədən yenidən həbs edilib.

Əli Salmanov məhkəmədə ifadə verərkən lotereyaları oğurladığını etiraf edib, lakin narkotik ittihamını isə qəbul etməyib. O, bildirib ki, oğurladığı biletlərin sayı isə ittihamda göstərildiyi kimi 75 ədəd yox, az olub. Onun sözlərinə görə, səhər saat 9 radələrində “Ucar” Ticarət Mərkəzinə gedib, orada lotereya satılan köşkdən 1 manatlıq lotereya alıb. Onu silib və 1 manat qazanıb. 5 dəqiqə sonra daha bir lotereya almaq üçün köşkə yaxınlaşanda satıcının olmadığını görüb. Bundan istifadə edərək, vitrin şüşəsinin altındakı biletləri götürüb, evə gəlib: “48 bilet idi. Hamısı da 10 manatlıq biletlər. Evdə lotereyaları silməyə başladım. Bəzilərində uduşlar var idi. Həmin vaxt polislər gəldi. Dedilər ki, kameraya düşmüşəm”.

Əli Salmanov ifadəsində təsdiqləyib ki, evinə baxış keçiriləndə girişdə qab-qacaq yığılan şkafa baxış keçiriləndə çaynikin içərisindən sellofana bükülü 1 ədəd kağız büküm tapılıb.

Əli Salmanov məhkəmədə ifadəsində polislərin ona təzyiq göstərdiyini bildirib. Lakin şahid qismində dindirilən polislər onun dediklərini inkar edib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Oktyabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see233

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see227

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see223

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see222

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see186

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see168

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see161

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see160

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see153

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see151

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see140

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri