Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Lotu Yusif in CİNAYƏTİ: bu sözə görə adam öldürdü

Lotu Yusif in CİNAYƏTİ: bu sözə görə adam öldürdü

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2016-cı il noyabrın 16-da  Quba rayonunda qətl hadisəsi olur. 1979-cu il təvəllüdlü Ramiz Məmmədov aldığı bıçaq yarasından xəstəxanada dünyasını dəyişir. Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdldü Yusif Babayev saxlanılıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS Lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, aprelin 24-də Yusif Babayev avtomobil oğurlayıb. Belə ki, Quba və Xaçmaz rayonlarını birləşdirən körpünün yaxınlığında taksi sürücüsü Şövkət İbrahimov mülkiyyətində olan "VАЗ-21010" markalı maşından düşüb marketə gedib. Babayev də bundan istifadə edərək, mühərriki işlək vəziyyətdə dayanmış maşının sükanı arxasına əyləşib və onu qanunsuz ələ keçirib.

Bundan başqa, noyabrın 16-da Barlı kəndi ərazisindəki avtobus dayanacağında baş verən mübahisə zamanı Yusif Babayev Ramiz Məmmədovun qarın nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə zərərçəkən ölüb. Mərhum Y. Babayevin həmkəndlisi və uzaq qohumu olub.

İş üzrə dindirilmiş Yusif Babayev bildirib ki, aprelin 24-ü saat 17 radələrində Samur-Abşeron su kanalının yaxınlığında Şövkət İbrahimovun idarə etdiyi "VAZ" markalı avtomobildən başqa bir nəfərlə düşərək, qapını bağlamadan marketə girdiyini görüb:

"Buna görə maşını ələ keçirib bir qədər rayon ərazisində idarə etdim. Sonra avtomobilin açarını üzərində qoyub evimə getdim.

Yusif Babayev

Noyabrın 16-i saat 11 radələrində Ramiz Məmmədovun xalası oğulları Elgün və Təbrizlə birlikdə dayanacaqda  dayandığını görüb, onlara yaxınlaşdım. Söhbət zamanı Ramiz mənə oğlum İlqar Babayevi bıçaqlayan əvvəllər məhkum olunan, həmkəndlim Qəfər Ağazadədən qоrхduğumu dedi. Bu zəmində aramızda mübahisə yarandı. Qəzəblənib Ramizin yaxasından tutdum və sağ əlimdə saxladığım bıçaqla altdan yuxarı istiqamətdə onun qarnına zərbə endirdim. Ramiz dayanacağın arxasına tərəf qaçdı. Evə gedərək ailə üzvlərimə Ramizi bıçaqladığımı dedim. Bir neçə saatdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə aparıldım".

Zərərçəkmiş şəxsin hüquqi varisi Şövkət Niftəliyeva ifadəsində göstərib ki, həmkəndlisi Yusif Babayev heç kimlə yola getməyən, evində və çöldə davaya meylli, dəfələrlə övladlarına və öz anasına müxtəlif bədən xəsarətləri yetirən şəxs olub:

"Noyabrın 16-da Bakıda olanda bacım zəng edərək, Yusifin oğlumu bıçaqladığını xəbər verdi. Taksi ilə birbaşa xəstəxanaya gəlsəm də, Ramizin orada olmadığını gördüm. Onun meyitinin Patoloji anatomiya şöbəsinə aparıldığını bildirdilər. Daha sonra mənə məlum oldu ki, Yusif səbəbsiz yerə Ramizə bıçaqla ağır xəsarət yetirib".

Ramiz Məmmədov

Şahid Təbriz Xoşbəxti bildirib ki, Yusif Ramizlə mübahisə edərkən, qardaşı Elgünlə onları ayırmağa çalışıblar:

"Bu an Yusif Ramizə bıçaqla zərbə vurub qaçdı. Ramizin köynəyini qaldıranda, qarnından qan gəldiyini gördük. Dərhal taksi ilə onu xəstəxanaya apardıq. Təxminən 1 saatdan sonra həkim dedi ki, Ramiz ölüb. Yusif Babayev hər hansı bəhanə ilə kənd sakinlərinə sataşıb insanları münaqişəyə cəlb edirdi. Bıçaqla divarlara "Lotu Yusif" və "Hamı məndən qorxsun" sözlərini yazırdı".

Məhkəmə iclasında Yusif Babayev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Yusif Babayevin əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 185.1-ci (talama məqsədi olmadan avtomobili və  ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddələri ilə düzgün tövsif olunub. Ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Babayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri