Lüksemburqda Azərbaycan stendinə böyük maraq
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 7 aprel, AZƏRTAC
Lüksemburqda “Miqrasiyalar, mədəniyyətlər və vətəndaşlıq” mövzulu beynəlxalq festival keçirilib. Ölkəmiz Diasporla İş üzrə Dövlət Komitəsinin, Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyin dəstəyi, Lüksemburq–Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə bu festivalda ilk dəfə iştirak edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan stendi festival iştirakçılarının diqqət mərkəzində olub. Ölkəmizin zəngin mədəni irsinə, milli mətbəx nümunələrinə və əsrlər boyu formalaşan ənənələrinə böyük maraq göstərilib. Soydaşlarımız festival boyu mədəni mübadilə və qarşılıqlı ünsiyyət üçün geniş imkanlardan səmərəli istifadə ediblər.
Lüksemburqun xarici işlər və xarici ticarət naziri Xavier Bettel, həmçinin ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə nazir Max Hahn Azərbaycan stendindəki mədəniyyət nümunələri ilə yaxından tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Aprel 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















