Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib Yeni Gündəm

Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

Fevralın 1-də Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizin nəsildən-nəslə ötürülməsi məhz gənclərin bu həqiqətlər barədə olan biliklərinə əsasən baş verir.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxışında gənclərin Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakının, həm bölgənin mədəni irsinin qorunması, həm də gənclərin bu prosesdə aktiv rol almaları baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. O vurğulayıb ki, eyni zamanda, gənclər yeni ideyalar və təşəbbüslərlə cəmiyyəti irəliyə apararaq, bir çox sahələrdə böyük uğurlar əldə edirlər.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının aparatında gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquluyev bildirib ki, Gənclər Şurasının strukturunun yenilənmiş forması hazırlanıb. O, Gənclər Şurasının yenilənmiş strukturunun sədr və 2 sədr müavinindən ibarət olduğunu deyib.

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov gənclərin günümüzün aparıcı qüvvəsi olaraq Qərbi Azərbaycanla bağlı daha ətraflı məlumata malik olmalarının vacibliyini qeyd edib. O bildirib ki, gənclərin istər təmsil olunduqları platformalar, istər sosial media, istərsə də digər ölkələrdəki fəaliyyətləri zamanı Qərbi azərbaycanlıların ötən əsrdə üzləşdikləri deportasiya və soyqırımlarla bağlı həqiqətləri çatdırmaları aparılan işdə önəmli rola malikdir.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı təmsil etdiyi təşkilatın Qərbi Azərbaycan İcması ilə birlikdə bu istiqamətdə gördüyü fəaliyyətə toxunub, gənclərin təşkil edilən bütün tədbirlərdə fəallıq göstərdiyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının üzvü Həsən Əhmədov və Fidan İbrahimova çıxışlarında öz timsallarında gənclərin üzərinə Qərbi Azərbaycan məsələsi ilə bağlı düşən məsuliyyəti anladıqlarını vurğulayıb, gənc nəsil olaraq bu müqəddəs amalla əlaqədar bütün güclərini sərf edəcəklərini bildiriblər.

Sonra əslən Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan 15 gənc, eləcə də icma ilə səmərəli əməkdaşlığa görə 10 gənclər təşkilatı mükafatlandırılıb.

Daha sonra icmanın müxtəlif tədbirlərində iştirak etmiş 30 gəncə üzvlük vəsiqələri təqdim edilib.

Sonda çıxış edən Şahin İsmayılov fevralın 2-dən etibarən Qərbi Azərbaycan İcması Gənclər Şurası tərəfindən “Gənclər arasında Qərbi Azərbaycan mövzusunda ideya müsabiqəsi”nin keçiriləcəyini diqqətə çatdırıb. O bildirib ki, bu müsabiqə gənclərimizi Qərbi Azərbaycan mövzusu ilə daha yaxından tanış etmək və onların yaradıcı düşüncələrini ortaya qoymalarına imkan yaratmaq məqsədi daşıyır.

“Müsabiqənin əsas məqsədi gənclərimizin Qərbi Azərbaycanla bağlı fikirlərini və ideyalarını sosial, mədəni və tarixi aspektlərdən təhlil etmək, həmçinin onların bu mövzuda daha geniş məlumatlı olmalarını təmin etməkdir. Müsabiqəyə yaş məhdudiyyəti olmadan bütün gənclər qatılacaq və hər bir iştirakçının ideyası və layihəsi qiymətləndiriləcək”, – deyə Ş.İsmayılov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 02 Fevral 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri