Macarıstanın baş naziri əvvəl özünün, sonra deputatların maaşını azaltdı
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Macarıstan Parlamenti deputat maaşlarının 40 faiz azaldılmasını təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, yeni baş nazir Peter Madyar hökuməti bu addımla bir tərəfdən dövlət büdcəsinə düşən yükü azaltmağı, digər tərəfdən isə 16 illik Viktor Orban dövründən aydın şəkildə uzaqlaşdığını nümayiş etdirməyi hədəfləyir.
Qəbul edilən qərara əsasən, deputatların aylıq ümumi əsas maaşı gələn aydan etibarən təxminən 3690 avro olacaq. Bu məbləğ hələ də ölkə üzrə orta əməkhaqqından yüksək olsa da, Orban hakimiyyəti dövründəki səviyyədən xeyli aşağıdır.
Tənqidçilər uzun illər Orbanın yüksək deputat maaşlarından parlamentdəki müxalifəti yumşaltmaq vasitəsi kimi istifadə etdiyini iddia edirdilər.
Maaşların azaldılması baş nazir Peter Madyarın daha geniş islahat paketinin bir hissəsidir. İxtisasca hüquqşünas olan Madyar uzun müddət Orban hakimiyyəti dövründə dövlət qurumlarında çalışıb, həmçinin Brüsseldə diplomat kimi fəaliyyət göstərib. O, 2024-cü ildə müstəqil media platforması “Partizan”-a verdiyi müsahibədə Orban hakimiyyəti ilə yollarını ayırdığını bəyan etmiş və bu açıqlama ölkə siyasətində geniş rezonans doğurmuşdu.
Peter Madyar vəzifəyə gəldikdən sonra ilk olaraq öz maaşını iki dəfə azaltmışdı.
“Siyasətçilər özlərini imtiyazlı təbəqə kimi deyil, dövlətin xidmətçiləri kimi görməlidirlər”, – deyən baş nazir dəyişikliklərin ilk növbədə idarəetmədən başlamalı olduğunu vurğulayıb.
Baxış sayı:180
Bu xəbər 10 İyun 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















