Icma.az
close
up
RU
Maduro olayı: Rusiya və İranın Latın Amerikasında tənəzzülü

Maduro olayı: Rusiya və İranın Latın Amerikasında tənəzzülü

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin Venesueladakı evlərindən götürülərək Nyu-York federal məhkəməsinə aparılması yalnız Latın Amerikasında siyasi mənzərənin dəyişməsi deyil. Hadisə beynəlxalq siyasi arenada nüfuz və güc tarazlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu hadisə regional və qlobal güc mərkəzlərinin strateji imkanlarını ciddi şəkildə sınağa çəkir və Rusiya ilə İranın Latın Amerikası üzrə təsir dairəsində əhəmiyyətli boşluqlar yaradır.
Maduro uzun illər Moskva üçün təkcə müttəfiq deyil, həm də Latın Amerikasında Rusiya üçün əsas geosiyasi dayaqların birini təşkil edirdi. Onun sosialist ideologiyasına əsaslanan siyasəti, Qərb ölkələrinə qarşı ritorikası və bölgədə balanslı strateji manevrləri Kremlin xarici siyasət planlarının təməlini formalaşdırırdı. Eyni zamanda onun fəaliyyəti enerji, iqtisadi və diplomatik əlaqələrin inkişafında, eləcə də hərbi tərəfdaşlıqda Moskva üçün əvəzolunmaz rol oynayırdı. Maduroyun məsuliyyətə cəlb olunması Rusiya təsir dairəsinin Latın Amerikasında tənəzzül etdiyini, strateji dayaqların zəiflədiyini və manevr imkanlarının azaldığını açıq şəkildə ortaya qoyur.
Hadisə İran üçün də geosiyasi itki deməkdir. Tehran Maduro rejimini Latın Amerikasında əsas hərbi və iqtisadi müttəfiq kimi görürdü. Onun məhkəməyə aparılması İranın regional təsir şəbəkəsinin effektivliyini zəiflədir və strateji prioritetlərin yenidən qiymətləndirilməsini labüd edir. Bu, yalnız ideoloji və siyasi yaxınlıq üzərində qurulmuş xarici siyasət modelinin dayanıqsız olduğunu nümayiş etdirir və strateji hesablamaların vacibliyini vurğulayır.
Beynəlxalq siyasətdə nüfuz balansının dəyişməsi yalnız böyük dövlətlərin deyil, kiçik və orta ölkələrin də diqqət mərkəzində olmalıdır. Maduronun məsuliyyətə cəlb olunması bir daha təsdiq edir ki, beynəlxalq münasibətlər sistemi deklarativ ideoloji yaxınlıqdan kənara çıxmalı və real güc, strateji planlaşdırma, çevik diplomatik manevrlərlə dəstəklənməlidir. Uzunmüddətli və dayanıqlı nüfuz yalnız bu elementlərin sintezindən yaranır.
Baş verənlər Azərbaycanın goesiyasi miqyasdakı rolunu yenidən gündəmə gətirir. Ölkəmiz regionda və qlobal səhnədə nüfuzlu aktor kimi tanınır, yalnız deklarativ yaxınlıqla kifayətlənmir, çevik strategiya, güc siyasəti və hesablanmış diplomatiya ilə mövqeyini qoruyur. Azərbaycan beynəlxalq resurslardan səmərəli istifadə edir, tərəfdaşlıq şəbəkəsini inkişaf etdirir və regionda dayanıqlı nüfuzunu qorumaq üçün real hərbi, iqtisadi və diplomatik imkanlarını aktiv şəkildə tətbiq edir.
Hadisə eyni zamanda beynəlxalq hüquq və güc siyasətinin kəsişməsini göstərir. Maduro və həyat yoldaşının məsuliyyətə cəlb olunması dövlət liderlərinin yalnız daxili legitimliyi deyil, beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərinin də vacibliyini vurğulayır. Azərbaycan bu nümunədən çıxış edərək, beynəlxalq hüququn tətbiqi, presedentlərin formalaşması və strateji resursların idarə edilməsinin əhəmiyyətini öz siyasətində effektiv şəkildə tətbiq edir.
Rusiya və İranın Latın Amerikasındakı təsir dairələrinin məhdudlaşması nüfuzun yalnız ideoloji yaxınlıq və simvolik dəstək üzərində qurulmadığını göstərir. Beynəlxalq münasibətlərdə dayanıqlılıq üçün güc, strateji hesablamalar və resursların səmərəli idarəsi vacib rol oynayır. Azərbaycan bu prinsipləri uzun illərdir ki, uğurla tətbiq edir və regionda nüfuzlu və etibarlı aktor kimi tanınır.
Maduro və Floresin vəziyyəti beynəlxalq siyasətin mürəkkəbliyini, çoxsəviyyəli xarakterini və çevik strateji planlaşdırmanın vacibliyini nümayiş etdirir. İdeoloji yaxınlıq, simvolik dəstək və deklarativ siyasət kifayət etmir. Real güc, çevik strateji yanaşmalar və diplomatik elastiklik olmadan dayanıqlı nüfuz mümkün deyil. Azərbaycan isə bu prinsipləri uğurla tətbiq edərək həm regional, həm də qlobal səhnədə nüfuzunu qoruyur və gücləndirir.
Hadisə eyni zamanda göstərir ki, beynəlxalq siyasət yalnız böyük dövlətlərin oyun sahəsi deyil. Kiçik və orta ölkələr də çevik strategiya, dayanıqlı diplomatik əlaqələr və hesablanmış siyasi hərəkətlər vasitəsilə qlobal təsir əldə edə bilərlər. Azərbaycan məhz bu yanaşma ilə nüfuzlu aktor olaraq öz mövqeyini möhkəmləndirir və strateji məqsədlərinə sadiqlik nümayiş etdirir.
Nikolas Maduro və Cilia Floresin məhkəməyə aparılması yalnız Latın Amerikasında deyil, həm də qlobal səhnədə güc və nüfuz tarazlığında yeni bir mərhələnin başlanğıcıdır. Hadisə göstərir ki, beynəlxalq münasibətlər yalnız deklarativ və ideoloji deyil, həm də strateji resurslar, hüquqi presedentlər və real güc elementləri üzərində qurulmalıdır. Azərbaycan isə bu reallıqları nəzərə alaraq, strateji diplomatiya və çevik planlaşdırma vasitəsilə nüfuzlu və dayanıqlı mövqeyini qoruyur.
 Azər Niftiyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri