Icma.az
close
up
RU
Mafiya serialları uşaqlara necə təsir edir? AÇIQLAMA

Mafiya serialları uşaqlara necə təsir edir? AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə baş verən məktəb qətliamından sonra cəmiyyətin reaksiyasını nəzərə alan televiziya kanalları və prodüserlər seriallarda silahlı və dava-dalaşlı səhnələri azaltmaq məcburiyyətində qalıblar. Türkiyənin reytinqli ekran işlərində məzmun dəyişikliyi olacaq. "Yeraltı”, “Eşref Rüya”, “A.B.İ” və “Taşacak bu deniz” seriallarının ssenari xətlərində ciddi düzəlişlər ediləcək. Bu qərarın verilməsinə aprelin 15-də Kahramanmaraşda baş verən qanlı hadisə səbəb olub. Məktəblərin birində 10 nəfərin ölümü ilə nəticələnən silahlı hücum ölkədə böyük sarsıntı yaradıb. Bu faciədən sonra cəmiyyətdə televiziya layihələrindəki zorakılıq və silah səhnələri yenidən kəskin tənqid olunmağa başlayıb.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələni sadəcə “seriallar uşaqları pozur ya yox” kimi birmənalı qiymətləndirmək düzgün olmaz:
“Burada psixoloji, sosial və texnoloji faktorların qarşılıqlı təsiri var. Müasir media mühiti uşağın formalaşmasında real təsir gücünə malikdir və bu təsir xüsusilə inkişaf mərhələsində olan yeniyetmələrdə daha həssas şəkildə özünü göstərir. Uşaq və yeniyetmələr hələ tənqidi düşünmə bacarığını tam formalaşdırmadığı üçün gördüyü davranışları model kimi qəbul etməyə meyllidir. Xüsusilə zorakılığın “normal”, “qəbul edilən” və ya “effektiv problem həll etmə yolu” kimi təqdim edilməsi onların psixikasında davranış nümunəsi yarada bilər. Bu gün artıq uşaqların təkcə televiziya ilə məhdudlaşmadığı doğrudur. Telefon, sosial media və müxtəlif platformalar vasitəsilə onlar daha sərbəst və nəzarətsiz kontentə çıxış əldə edirlər. Bu isə o deməkdir ki, məsələ yalnız serialların məzmunu ilə həll olunmur. Əksinə, informasiya mühitinin bütöv şəkildə idarə olunması, valideyn nəzarəti, media savadlılığı və psixoloji maarifləndirmə paralel aparılmalıdır. Yəni problem tək mənbədə deyil, ekosistem səviyyəsindədir”. 
O bildirib ki, verilən qərarların arxasında əsas məntiq cəmiyyətin psixoloji təhlükəsizliyini qorumaqdır:
“Kütləvi travmatik hadisələrdən sonra insanlar daha həssas olur və zorakılıq görüntüləri həmin travmanı dərinləşdirə bilir. Mediada müəyyən filtrasiya və ya məzmunun yumşaldılması qısa müddətli sosial stabillik üçün əsaslandırıla bilər. Bu, senzura kimi yox, daha çox sosial məsuliyyət yanaşması kimi dəyərləndirilməlidir. Lakin uzunmüddətli perspektivdə yalnız qadağalar və məhdudiyyətlər effektiv olmur. Əsas həll yolu uşaqlarda emosional tənzimləmə bacarıqlarının inkişafı, valideynlərin aktiv iştirakı, məktəblərdə psixoloji dəstək sistemlərinin gücləndirilməsi və media ilə düzgün münasibətin öyrədilməsidir. Əgər uşaq gördüyü kontenti analiz etməyi, onun real həyatla fərqini ayırd etməyi bacarırsa, təsirin destruktivliyi əhəmiyyətli dərəcədə azalır. Belə qərarlara müəyyən dərəcədə ehtiyac var, amma bu, problemin yalnız bir hissəsini həll edir. Əsas fokus uşağın psixoloji dayanıqlığının artırılması və sağlam informasiya mühitinin formalaşdırılması üzərində olmalıdır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri