Icma.az
close
up
RU
Mağazaların endirim hiyləsi Qanun nə deyir?

Mağazaların endirim hiyləsi Qanun nə deyir?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mağazaların endirim kampaniyaları zamanı tez-tez tətbiq etdiyi “Endirimli məhsul geri qaytarılmır və ya dəyişdirilmir” qaydası alıcılar arasında ciddi narazılıq yaradır. Çox vaxt ticarət obyektləri bu daxili qaydanı əsas gətirərək müştərilərin tələblərini rədd edirlər. Dövlət qanunvericiliyi isə bu məsələdə tamamilə fərqli şərtlər diktə edir və istehlakçıların maraqlarını qoruyur.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, satışa çıxarılan malın qiymətinin aşağı salınması onun geri qaytarılma hüququnu ləğv etmir. Mağazaların birtərəfli qaydada qoyduğu qadağalar hüquqi qüvvəyə malik deyil və birbaşa qanun pozuntusu hesab olunur. Alıcılar endirimli qiymətə aldıqları geyim, ayaqqabı və digər qeyri-ərzaq mallarını bəyənmədikdə və ya ölçüsü uyğun gəlmədikdə, onları rahatlıqla geri qaytara bilərlər.
Mövzu ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qanunun 15-ci maddəsində qeyd olunduğu kimi, lazımi keyfiyyətli qeyri-ərzaq malı formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya uyğun gəlmədikdə və ya digər səbəblərdən təyinatı üzrə istifadə oluna bilmədikdə, istehlakçının həmin malı aldığı yerdə uyğun məhsulla dəyişdirmək hüququ vardır:
"İstehlakçı malın alındığı gün nəzərə alınmamaqla, 14 gün ərzində həmin məhsulun dəyişdirilməsini tələb edə bilər. Bunun üçün mal istifadə olunmamalı, əmtəə görünüşü və istehlak xassələri saxlanılmalı, plomb və yarlıqları zədələnməməli, həmçinin kassa qəbzi və ya malın alınmasını təsdiq edən digər sənədlər qorunub saxlanılmalıdır.
Satışda uyğun mal olmadıqda, istehlakçı qiymət fərqi nəzərə alınmaqla başqa məhsul seçmək və ya qaytardığı malın dəyərini geri almaq hüququna malikdir".
Alıcılar bu prosesdə kassa qəbzini itirdikdə belə, malın həmin mağazadan alındığını digər sübutlarla, məsələn, kamera görüntüləri və ya bank kartı ilə ödəniş çıxarışı ilə təsdiq edərək hüquqlarını tələb edə bilərlər. Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş geri qaytarılmayan malların siyahısına daxil olmayan bütün qeyri-ərzaq məhsulları bu qaydalara tabedir.
Vəkil deyib ki, qanunvericilikdə məhsulun endirimli və ya endirimsiz satılması ilə bağlı hər hansı istisna nəzərdə tutulmayıb:
"Buna görə də məhsul endirimlə satılsa belə, istehlakçı qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə onu 14 gün ərzində başqa məhsulla dəyişdirə bilər. Əgər uyğun məhsul yoxdursa, ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququna malikdir", - deyə o qeyd edib.
Mağazalar endirimli məhsulun qaytarılmasından imtina etdikdə, vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şəkildə müraciət edə bilərlər. Qanunsuz qayda tətbiq edən ticarət obyektlərini ciddi maliyyə sanksiyaları və cərimələr gözləyir.
Qısası, mağazanın malı ucuz satması onun keyfiyyətinə və qaytarılma şərtlərinə təsir etmir, alıcı 14 gün ərzində geyinilməmiş endirimli malı mağazaya qaytarıb pulunu geri ala bilər.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri