Magistral yollarda yan yana nişanlar quraşdırılır Səbəb nədir? FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə belə bir görüntü paylaşılıb ki, Gəncə istiqamətində, Bakı-Qazax yolunda Gəncə istiqamətində yol nişanlarınının iki-iki yerləşdirilməsi vətəndaşlarda çaşqınlıq yaradıb.
İddia olunub ki, eyni nişanın yanında başqa bir yeni nişan da quraşdırılır və bu, sürücülər arasında sual yaradır ki, görəsən nə baş verir?
Məsələ ilə bağlı Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı əsasında Respublika üzrə bütün magistral yolların kənarında nişanlar dəyişdirilir. Dəyişdirilmə prosesi bir neçə qurum tərəfindən həyata keçirilir. Yəni, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni nişanları quraşdırıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə köhnə nişanları çıxarmalıdır. Ola bilsin ki, proses zamanı müəyyən gecişmələr baş verir və nəticədə belə bir mənzərə ortaya çıxır. Ancaq ümumilikdə proses tam nəzarət altında həyata keçirilir.
Yeni nişanlar quraşdırıldıqca köhnələrini kəsib ərazidən götürürlər. Yeni nişanların quraşdırılması yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni nişanlar müasir standartlara tam cavab verir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 13 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















