Icma.az
close
up
RU
“Magistratura üzrə 3 300 dən çox plan yeri boş qalıb! Ekspert narahatlıq doğuran statistikan AÇIQLADI

“Magistratura üzrə 3 300 dən çox plan yeri boş qalıb! Ekspert narahatlıq doğuran statistikan AÇIQLADI

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Universitetlər boş plan yerləri ilə baş-başa qalıb, magistratura formal pilləyə çevrilib”.

"AzPolitika" xəbər verir ki, bu fikirləri təhsil sahələri üzrə ekspert Kamran Əsədov özünün "facebook" hesabında bildirib.

Onun sözlərinə görə, bu il magistraturaya qəbul nəticələri ali təhsilin planlaşdırılmasında ciddi problemlərin olduğunu bir daha üzə çıxarıb: “Magistratura pilləsinə ixtisas seçimi edən 15 min 555 nəfərdən 13 min 446 nəfəri qəbul olunub. Amma bu rəqəmlərin arxasında çox acı bir reallıq var: ümumilikdə 16 min 794 plan yeri ayrılıb, lakin 3 min 300-dən çox plan yeri boş qalıb! Bu nə deməkdir? Deməkdir ki, universitetlər ehtiyacdan artıq magistr planı veriblər. Bu yerlər üçün nə tələbə var, nə də maraq. Nəticədə həm universitetlər maliyyə itirir, həm də az tələbə ilə formalaşan qruplarda tədrisin keyfiyyəti ciddi şəkildə zəifləyir. Bu, həm təhsilalanlara, həm də təhsilverənlərə zərbədir”.

 3 min 147 nəfəri 0–30 bal arası nəticə göstərib, 7 min 648 nəfər ödənişli əsaslarla oxuyacaq

Kamran Əsədov builki imtahan nəticələrinə də toxunaraq narahatlıq doğuran statistikanı diqqətə çatdırıb: “Bu il imtahanda iştirak edən 26 min 241 bakalavrdan 3 min 147 nəfəri 0–30 bal arası nəticə göstərib. Bu, onu göstərir ki, imtahanda verilən suallar universitetlərdə keçilən biliklərə əsaslanmır. O zaman bu sualları kim hazırlayır, hansı əsasla? Universitetlərdə verilən təhsil niyə bu imtahanda “keçərli” sayılmır? Bunu kim izah edəcək? Dövlət İmtahan Mərkəzi? Elm və Təhsil Nazirliyi?”

Ekspert həmçinin qeyd edib ki, qəbul olunanların böyük hissəsi təhsili ödənişli əsaslarla davam etdirəcək: “Qəbul olunanlardan 5 min 798 nəfər dövlət sifarişi ilə, amma 7 min 648 nəfər ödənişli əsaslarla oxuyacaq. Ödənişli təhsilin bu qədər yüksək olması həm sosial bərabərliyi pozur, həm də keyfiyyətsiz və kommersiya maraqlı bir sistemin davam etdiyini göstərir”.

Kamran Əsədov onu da qeyd edib ki, magistratura pilləsi məqsəddən uzaqlaşıb və formal bir mərhələyə çevrilib. Onun fikrincə, bu vəziyyətə Elm və Təhsil Nazirliyi nəzarət etməlidir.

"AzPolitika. info" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyul 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see215

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see211

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see194

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see194

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see179

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see161

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see143

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see139

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see134

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see130

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri