Mahaçqala hava limanında iğtişaşların daha dörd iştirakçısı mühakimə olunub Doğru Xəbərlər
Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məhkəmə 2023-cü ilin oktyabrında Mahaçqala hava limanında iğtişaşlarda iştirak edən dörd nəfəri on il müddətinə azadlıqdan məhrum edib.
Onlar zorakılıq və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşlarda iştirak etməkdə təqsirli biliniblər.
“Mahaçqala aeroportunda baş vermiş iğtişaşlarla bağlı cinayət işi üzrə daha dörd təqsirləndirilən şəxs mühakimə olundu… Rabadanov M.Ş., Rəcəbov R.T., Ramazanov M.R. və Xalikov Z.A.”, – İstintaq Komitəsindən bildirilib.
Ümumilikdə yeddi cinayət işi üzrə 38 təqsirləndirilən şəxs iğtişaşlarla bağlı cinayət törətməkdə təqsirli bilinib.
Mahaçqalada iğtişaşlar 2023-cü ilin oktyabrında baş verib. Baş Prokurorluğun məlumatına görə, təşkilatçılardan üçü federal axtarışa verilib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Yanvar 2025 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















