Makron: Trampın yeni tarifləri sərt və əsassızdır
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın yeni tariflərini “sərt və əsassız” hesab etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Makron paytaxt Parisdə tariflərdən təsirlənəcək sektorların nümayəndələri ilə görüşüb.
Makron ABŞ-da fəaliyyət göstərən fransız şirkətlərindən Trampın Avropa İttifaqına (Aİ) qarşı tarif artımı elanı “aydınlaşana qədər” ölkədəki bütün investisiya layihələrini dayandırmağı xahiş edib.
Avropalıları bu vəziyyətə qarşı birləşməyə davam etməyə çağıran Makron, Aİ-nin yaxın günlərdə ABŞ-a qarşı atacağı addımlar barədə məlumat verib.
O, Trampın qərarlarının ABŞ və xalqını zəiflədəcəyini qiymətləndirərək, Qərbdə sənayesizləşmə fonunda tariflər tətbiq etmək əvəzinə daha çox istehsal edilməli olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Aprel 2025 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















