Maltada ATƏT XİN Şurasının iclası keçirilir
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası keçirilir.
APA xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat verilib.
Məlumata görə, bu gün və sabah 57 iştirakçı dövlətin nümayəndələri regionda təhlükəsizliyin gələcəyini müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da tədbirdə iştirak edir.

Maltada ATƏT XİN Şurasının iclası keçirilir
05 Dekabr 2024 12:02

