Mançester Yinayted vingerinin İtaliya nəhənginə keçidinə razılıq verdi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
“Mançester Yunayted”in argentinalı futbolçusu Alexandro Qarnaço İtaliyanın “Napoli” klubuna keçməyə razılaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira "X" sosial şəbəkə hesabı üzərindən paylaşım edib.
Mənbənin məlumatına görə, klublar futbolçunun transferi ilə bağlı danışıqlarda prinsipial razılığa gəliblər. Neapol təmsilçisinin idman direktoru Covanni Manna PSJ-yə keçməyə yaxın olan Xviça Kvaratsxeliyanın yerinə argentinalı cinah oyunçusu ilə müqavilə imzalamaqda israrlıdır.
Həmçinin bildirilib ki, mankunianlılar da Premyer Liqanın maliyyə qaydalarına görə Qarnaçonun transferinə müsbət yanaşır.
Qarnaço bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 30 oyun keçirib, bu görüşlərdə 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Lakin yeni baş məşqçi Ruben Amorimin gəlişindən sonra argentinalı start heyətində yerini itirib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 15 Yanvar 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















