Mövsümün sonunda İtaliya nəhənginə keçəcək Mourinyo razılıq verdi
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Fiorentina” “Fənərbaxça”nın ulduz futbolçusu üçün təklif göndərib.
Metbuat.az xəbər verir ki, İtaliya klubu Sebastyan Şimanskini transfer etmək üçün hərəkətə keçib. Türkiyə mənbələrinin məlumatına görə, "Fiorentina" futbolçu üçün 12 milyon avro təklif edib. Bildirilir ki, Joze Mourinyo mövsümün qalan hissəsi üçün Şimanskiyə ehtiyac duyduğunu bildirib və rəhbərlikdən təklifi qəbul etməməyi xahiş edib. Bu tələbdən sonra “Fənərbaxça” transfer təklifini rədd edib. Mourinyonun hesabatına uyğun olaraq "Fənərbaxça" italyanlara futbolçu üçün təklifləri mövsümün sonunda nəzərdən keçirə biləcəklərini irəli sürüb.
Qeyd edək ki, iki il əvvəl “Fənərbaxça”nın heyətinə cəlb edilən Sebastyan Şimanskinin klubla müqaviləsi 2027-ci ildə yekunlaşır. Bu mövsüm 34 matçda meydana çıxan futbolçu 2 dəfə fərqlənib, 7 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 13 Fevral 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















