Manqistaunun Administrasiyasında təyyarə qəzası ilə bağlı qaynar xətt yaradılıb TELEFON NÖMRƏSİ
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstanda baş vermiş təyyarə qəzasında həlak olan və ya yaralanan şəxslərin yaxınlarının müraciəti məqsədilə “qaynar xətt” yaradılıb.
Bu barədə APA-ya Manqistau vilayətinin administrasiyasından bildirilib.
Qeyd edilib ki, yuxarıda göstərilən kateqoriyadan olan şəxslər 24 saat ərzində +7 702 525 31 01 nömrəli telefona zəng etməklə məlumat ala və ya dəstək istəyə bilərlər:
“Biz onlara tələb olunan bütün dəstəyi göstərəcəyik. Bunun üçün sadəcə göstərilən telefon nömrəsinə müraciət etmək lazımdır. Sadəcə təyyarənin yaxınlarının adını və soyadını söyləmək tələb olunur. Onların qidalanması və yerləşdirilməsi də vilayət rəhbərliyi tərəfindən təşkil olunacaq”.

Bu telefon nömrəsi hərracda sahibinə milyonlar qazandırdı
19 Oktyabr 2025 18:52
İnanılmaz: Bu telefon nömrəsi 1,5 milyon manata satıldı
07 Aprel 2025 00:02
Türkiyədə ən çox axtarılan telefon nömrəsi bəlli oldu
16 Oktyabr 2025 16:57
Milli Depozit Mərkəzinin qaynar xətt nömrəsi yenilənib
03 Fevral 2025 15:48
Şəxsin öz telefon nömrəsi barədə anten məlumatları niyə verilmir?
07 Avqust 2025 22:44

