Icma.az
close
up
RU
Mansur Yavaş İYİ Partiyaya keçir?

Mansur Yavaş İYİ Partiyaya keçir?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri, Cümhuriyyət Xalq Partiyasının üzvü Mansur Yavaşın yaxın günlərdə istefa verəcəyi xəbəri yayılıb.

“Cebheinfo.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun İYİ Partiyasına qatılacağı və qarşıdakı prezident seçkilərində prezidentliyə namizəd olacağı iddia olunur. Mansur Yavaş isə yaydığı yazılı açıqlamasında hər gün onun haqqında yeni bir siyasi ssenarinin irəli sürüldüyünü bildirərək reaksiya verib:

"Son zamanlar hər gün mənim haqqımda yeni bir siyasi ssenari irəli sürülür. Bir gün bir partiyaya qoşulacağım deyilir, başqa bir gün adım fərqli bir siyasi hesablamada çəkilir. Bu mövzuda bir çox açıqlamalar versəm də, bu ssenarilərə daim cavab verməyim gözlənilir”.

Siyasi dairələrdə gəzən şayiələrə qarşı açıq mövqe tutan Yavaş, onunla bağlı hər hansı potensial siyasi yenilik olarsa, bunun vasitəçilərdən deyil, birbaşa özündən eşidiləcəyini vurğulayıb.

Bütün siyasi müzakirələrdən kənarda qaldıqlarını bildirən Yavaş bunları deyib: 

"Lazım gələrsə, deyəcək bir sözüm varsa, bu açıqlamanı özüm verəcəyəm. Biz bütün bu müzakirələrin xaricindəyik, işimizin başındayıq. Çünki gündəliyimiz aydındır və bu, Ankaradır”.

O, dəhlizlərdə gəzən siyasi dedi-qodulara diqqət yetirmək əvəzinə, Ankara Böyükşəhər Bələdiyyəsinin gündəlik fəaliyyətinə, infrastruktur işlərinə və yeni layihələrə diqqət yetirdiklərini vurğulayaraq, hər kəsə şəffaf və hesabatlı idarəetmə yanaşmasını qoruduqlarını xatırladıb:

“Həmçinin bir faktı da xatırlamağınızı istəyirəm. Biz Ankara xalqının bizə verdiyi etimadı daşıyırıq və bu etimadı aldığımız ilk gündən bəri layiqincə yerinə yetirməyə çalışırıq. İstər çox, istərsə də az!  Səhər bələdiyyənin davam edən işlərini izləyirəm, infrastruktur investisiyalarımızı qiymətləndirirəm, sosial dəstəyimiz, kənd inkişafı, yeni layihələr və Ankaranın gələcəyi barədə düşünürəm. Bir tərəfdən təməlini qoyacağımız yeni metro xətləri üzərində işləyirik və danışıqlar aparırıq".

Lazım gələrsə, hüquq, ədalət, demokratiya və millətin gələcəyi ilə bağlı fikirlərini açıq şəkildə bildirməkdən çəkinmədiyini bildirən Mansur Yavaş, mövzu ilə bağlı qiymətləndirməsini Ankara xalqına verdiyi vədi xatırlatmaqla yekunlaşdırıb: 

"Çünki bizim Ankara vətəndaşlarımıza verdiyimiz bir vəd var. Şəffaf, ədalətli və hesabatlı bir idarəetmə vəd etdik. Siyasi baxışlarından asılı olmayaraq hər kəsə ayrı-seçkilik etmədən və Ankaranın hər qəpiyini qorumaqla xidmət edəcəyimizi dedik.

Lazım gələrsə, hüquq, ədalət, demokratiya və millətimizin gələcəyi ilə bağlı fikirlərimi də açıq şəkildə ifadə edirəm. Bir daha aydın şəkildə təkrarlamaq istəyirəm: Bizim prioritetimiz Ankaradır".

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Avqust 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri